Aşot qayıtdı, Paşinyan hücum etdi - Tovuz təxribatının arxasındakı GİZLİ DETAL
Bizi izləyin

Nida Təhlil

Aşot qayıtdı, Paşinyan hücum etdi - Tovuz təxribatının arxasındakı GİZLİ DETAL

Erməni hərbi birləşmələrinin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində təxribat hücumunun diqqəti Ermənistan daxilindəki siyasi, sosial-iqtisadi kataklizmdən yayındırmaqdan tutmuş, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini almağa qədər müxtəlif aspektləri var. Lakin bir fakt da başqa aspektdən diqqət çəkir.

Publika.az
xəbər verir ki, təxribat hücumundan üç gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi xidmətdə olan oğlu Aşot Paşinyan təxris olunub.

Paşinyan Feysbukda əsgər yoldaşları ilə vidalaşan Aşotun fotosunu paylaşaraq, belə yazırdı: “Bu gün bizim oğlumuz təxris olunur və evə qayıdır”.

Aşotun hərbi xidmətdə “bəy balası” kimi yaşadığı məlumdur, hətta o, tez-tez İrəvan küçələrində görünürdü. Maraqlıdır ki, Paşinyan oğlu hərbi xidmətdə olarkən təxribat hücumlarına o qədər də əl atmırdı. Görünür, genişmiqyaslı hərbi əməliyyatların olacağı təqdirdə oğlunun da həyatına təhlükə yaranacağını düşünürmüş və Aşotun təxris olmasını gözləyirmiş.

İyulun 9-da Aşot təxris olundu, iyulun 12-də Paşinyan Azərbaycanla sərhəddə təxribat hücumuna keçdi. Bu, erməni baş nazirin öz oğlunun həyatını digər erməni əsgərlərdən üstün tutması deməkdir. Bu məsələyə diqqət çəkən ermənilər sosial şəbəkələrdə Paşinyanı şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaqda ittiham edirlər. Diqqətçəkən məqamlardan biri də Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı deyilənlərdir. Belə ki, erməni istifadəçilər Akopyanın Paşinyandan təxribat hücumunu başlamaq üçün oğlunun əsgərlikdən qayıtmağını gözləməsini istəyib.

Yeri gəlmişkən, təxribat hücumundan sonra Akopyanın “sülh çağırışları” ermənilər tərəfindən satqınlıq kimi qiymətləndirilib.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm