Almaniyanın ilk azərbaycanlı millət vəkili: "Siyasi oruc tutub, Xocalı əsirləri haqda..."
Bizi izləyin

Nida Təhlil

Almaniyanın ilk azərbaycanlı millət vəkili: "Siyasi oruc tutub, Xocalı əsirləri haqda..."

Almaniyada ədalətsiz erməni siyasəti haqda partiyalara doğru məlumat çatdırırıq.

Bu sözləri Publika.az-a açıqlamasında Almaniyanın ilk azərbaycanlı millət vəkili olmuş Rəhim Şmit bildirib.

"Artıq dünyanın hər yerində yaşayan insanlar ermənilərin işğalçı olduğunu öz gözləri ilə görməyə başlayıblar. Son hadisələr, sülhməramlı yürüşlərdə də göstərdikləri barbarlıq və aqressiya zəif olduqlarını, haqqın yanında olmadıqlarını bir daha sübut etdi. İllərdir torpaqlarımızdan çıxmaq üçün imzaladıqları sənədləri toz basıb. Bu, bir daha erməni yalanının dünyaya sübutudur", - deyə R.Şmit vurğulayıb.

O qeyd edib ki, bu gün Azərbaycan türk millətləri arasında xüsusi nüfuza sahibdir. Artıq erməni işğalçılarına qarşı ciddi diplomatik həmlələr etmək lazımdır: "Dünyada erməniləri ifşa etsək, yanımıza xarici mütəxəssislər toplasaq, onların bütün sektorlarda süqutuna nail ola bilərik. Həm turizmini, həm də digər sahələrini zəiflədə bilərik. Bundestaqın, Avropa Parlamentinin önündə siyasi oruc tutub, Xocalı faciəsi, əsirləri haqda məlumat vermək dünya mediasının da diqqətini çəkər.

Biz də Almaniyada ədalətsiz Qarabağ münaqişəsi haqda partiyalara doğru məlumat çatdırmaq yolunda çalışırıq. Artıq Demokratlar və digər partiyalar BMT-nin ermənilər tərəfindən yerinə yetirilməmiş qətnamələrini mənə yollayaraq, işğalçı düşmənimizi pislədiklərini bildirirlər.

Ermənilər bizim qüdrətimizdən qorxub, təxribatlara al atırlar.

Əminəm ki, bütün cəbhələrdə düşmən üzərində qələbə çalacağıq".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm