Həsənquliyevdən “Nəvə toyu” qalmaqalına - REAKSİYA
Bizi izləyin

Nida Təhlil

Həsənquliyevdən “Nəvə toyu” qalmaqalına - REAKSİYA

İlk növbədə ailə quran gəncləri təbrik edirəm və ailə xoşbəxtliyi arzu edirəm. Amma təəssüf edirəm ki, uzun illər hakumiyyətdə yüksək vəzifə tutmuş və tutan insanlar onları mənsəb və var-dövlət sahibi etmiş iqtidarı belə çətin vəziyyətdə qoyurlar.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə (kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızına) öz bağ evində toy mərasimi qurmasını şərh edərkən deyib.

Millət vəkili bildirib ki, bu addım sadəcə başadüşülən deyil:

“Həmin şəxslərin maddi imkanları yol verirdi ki, toyu bu tipli kütləvi toplantıların qadağan olunmadığı ölkələrdə keçirsinlər. Bizim sabiq deputatlardan biri vaxtilə öz övladına toyu İstambulda keçirmişdi. Son vaxtlar qanunların aliliyinin təmin olunması istiqamətində aparılan məhkəmə islahatlarının üzərinə bu formada kölgə salmaq olmaz. Bir daha təəssüf edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm