Nida Təhlil
Rasim Quliyev: “Jirinovski yəhudi olsaydı ağıllı, rus olsaydı ciddi olardı”
“Ümumiyyətlə rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski dəfələrlə qalmaqallı bəyanatlarla çıxış edib. O gah Azərbaycanı tərifləyir, Ermənistanı pisləyir, gah da bunun əksinə olaraq mövqe sərgiləyir. Hətta bu insana Kremlin ruporu da deyirlər. Kremlin rəsmi olmayan və yaxud da şantaj xarakterli məlumatları bu şəxsin dili ilə ictimaiyyətə çatdırılır”.
Bu fikirləri "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev Jirinovskinin Naxçıvanı “erməni torpağı” adlandırmasına münasibət bildirərkən deyib.
“Əgər Jirinovski rus millətçilərinin lideridirsə, o zaman onun milləti nədir? Onun atası yəhudidir, anas isə rusdur. Bu insan yəhudi olsaydı gərək ki ağıllı, rus olsaydı ciddi adam olmalı idi. Amma o nə ağıllıdır, nə də ki, ciddi. Qeyri-ciddi adam isə hər sözü deyə bilər. Onda elementar savad olsaydı, bilərdi ki, Naxçıvan 1136-1225-ci illərdə Eldəgəzlər dövlətinin paytaxtı olub. Əgər Naxçıvan paytaxt olubsa, deməli orada idarəçilik infrastrukturu olub, paytaxt insanları elitar psixologiyaya, idarəçiliyə malik olublar və s.
Həmin dövrdə Moskva hələ paytaxt deyildi. Moskvanı, Kremli tikən isə azərbaycanlı və şamaxılı olan həmyerlimiz, memar Əliş Kərəmli olub. O, 1367-ci ildə Moskvaya dəvət olunub və bütün işlərini tamamladıqdan sonra arxadan qılıncla vurularaq qətlə yetirilib. Çar imperatoru I Pyotrun dövründə 1712-18-ci illərdə Rusiyanın paytaxtı Sankt-Peterburq olub. Rusiya Prezidenti Vladimir Putin də məhz bu şəhərdə doğulub.
Bu müqayisələrdən də hər şey gün kimi aydın görünür. Onu demək istəyirəm ki, Naxçıvan paytaxt olanda hələ nə Moskva, nə də Sankt-Peterburq paytaxt deyildi. Jirinovski bu cür qeyri-ciddi sözlərlə əgər özünə yalançı, millətçi adı ilə divident qazanmaq və özünü ermənilərə yaxın tutmaq istəyirsə çox uzağa gedə bilməyəcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, sovet ideologiyasının əsl mahiyyəti ortaya çıxmasın deyə, ortaya yalançı ideyalar atmaq kimi ənənəvi bir taktikası var idi. Bu dünyada ən çox işlənmiş bir taktikadır. Jirinovski də yalandan ortaya atılmış bir fiqur sayılır və görünür o heç bir zaman düzəlməyəcək”-deyə, R.Quliyev fikrini tamamlayıb. (sia)
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."