Bakının əlində Paşinyanın video faktları var – Ermənistan ŞOKDA
Bizi izləyin

Nida Təhlil

Bakının əlində Paşinyanın video faktları var – Ermənistan ŞOKDA

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın emissarları arasında gizli Qarabağ danışıqları ilə bağlı yayılan sensasiyalı faktlar erməni cəmiyyətində sarsıdıcı vəziyyət yaratdı.

Publika.az
xəbər verir ki, “politik.am” saytı Paşinyanın emissarı Arsen Xaratyanın artıq təkzib bəyanatı ilə çıxış etdiyini, lakin bu təkzibin zəif olduğunu yazır.

Sayt qeyd edir ki, gizli danışıqların Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov və onun komandası ilə aparıldığı istisna deyil.

“İlham Əliyevin son açıqlamaları Azərbaycanın özünə inamlı olduğunu göstərir. Mümkündür ki, aparılan danışıqlarla bağlı Bakının əlində foto və video faktlar var və bunlar açıqlansa, təkcə Paşinyan yox, Ermənistan çətin vəziyyətə düşəcək. Əgər bu doğrudursa, Paşinyanın və komandasının kompromatları Bakının əlindədirsə, yeganə çıxış yolu erməni baş nazirin istefa verməsidir”, - sayt yazır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm