Dinc sakinlərin atəşə tutulması insanlığa qarşı cinayətdir - Deputat
Bizi izləyin

Nida Təhlil

Dinc sakinlərin atəşə tutulması insanlığa qarşı cinayətdir - Deputat

“Müharibənin öz qaydaları var. Burada tərəf olaraq əsgərlər, ordu iştirak edir. Amma mülki şəxslərə, silahsız sakinlərə, xüsusilə də qadın və uşaqlara qarşı silahdan, ağır artilleriyadan, mərmi və qumbaralardan istifadə edilməsi beynəlxalq konvensiyalarla qadağan olunur”.

Bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O qeyd edib ki, qanunlardan əlavə, dinc sakinlərin atəşə tutulması humanizm baxımından imkansız olan addımlardır ki, bunu mənfur erməni işğalçıları illərdən bəri Azərbaycana, türk düynasına qarşı həyata keçirib: “Onlar bu gün də bu faşist və nasist əməllərindən əl çəkmək istəmirlər. Son üç gündə baş verən hadisələr, cəbhə bölgəsində törədilən təxribatlar və hücuma mülki əhalinin hədəf alınması ilə başlanan döyüşlər bunu deməyə əsas verir ki, Ermənistan və onun havadarları heç bir şəkildə öz addımlarından, niyyətlərindən geri çəkilmək fikrində deyillər. Heç bir qınaq onları öz addımlarından vaz keçirə bilmir. İllərdən bəri həyata keçirmək istədikləri və xülyasında olduqları “dənizdən-dənizə Ermənistan” ideyası ilə onlar insanlığa, bəşəriyyətə qarşı böyük cinayət həyata keçiriblər”.

J.Əliyeva vurğulayıb ki, son üç gün ərzində yeniyetmələrin, hətta uşaqların hədəf alınması bütün dünya ictimaiyyəti tərəfindən qınanmalı olan çox böyük cinayətlərdir: “Bütün bunlar təkcə bu gün edilməyib. Xocalıda bir gecədə yüzlərlə qadın və uşağın qanına əli batan erməni ordusu və onların tərəfdarları atəşkəs elan olunandan sonra sülh şəraitində yaşayan vətəndaşlarımızı atəşə tutub. Sərhəd bölgəsində yaşayan dinc sakinlərin həyətlərinə qumbaralar atılıb. Bunun nəticəsində həyatını itirən 12 yaşlı Farizimiz, nənəsinin qucağında düşmən gülləsinə tuş gələn kiçik Zəhramız, 13 yaşlı Şəhriyarımız, həyatının baharını yaşayan 15 yaşlı Fidanımız, bir ailənin 5 üzvü, sivil və rahat şəkildə evində oturan, qələbənin sevincini yaşamaq istəyən insanlarımızın qətlə yetirilməsi heç bir şəkildə qayda-qanuna, insanlığa uyğun gəlmir. Azərbaycan bu haqlı mübarizəsini davam etdirəcək. Azərbaycan haqq yolundadır və ədalət bizim yanımızdadır. Əminik ki, 3 gün əvvəl başladılan və bu günə qədər böyük müvəffəqiyyətlə davam edən döyüşlər ölkəmizin qələbəsi ilə bitəcək. Azərbaycan Ordusu son günlərdə azad etdiyi torpaqlarda irəliyə doğru gedərək ən yüksək zirvələrə, Şuşaya, Laçına qədər irəliləyəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm