Makronun bəyanatı vasitəçilik missiyasına mənfi təsir edir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Makronun bəyanatı vasitəçilik missiyasına mənfi təsir edir - Politoloq

“Fransanın ermənipərəst mövqeyi və Emmanuel Makronun son bəyanatı vasitəçilik missiyasına mənfi təsir edir”.

Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nüfuzu aşağı idi və indiyədək Minsk Qrupunda sözü keçərli olmayıb:

“Fransa yaxşı olardı ki, özü Minsk Qrupunu tərk etsin. Düşünürəm ki, Azərbaycan tərəfi Fransa prezidentinin fikirlərinə, replikalarına önəm verməyəcək. Azərbaycan cəmiyyətində Makronun ermənipərəst açıqlamalarına görə nüfuzu yoxdur. Fransada belə onun nüfuzu aşağıdır. “Sarı jiletlilər” hərəkatı göstərir ki, Makrona və onun fikirlərinə Fransada xüsusi əhəmiyyət vermirlər. Düşünürəm ki, o, növbəti seçkilərdə prezident kürsüsünə oturmayacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm