Macarıstandakı səfirimiz - Bütün işğallara hərbi yolla çözüm tapılıb
Bizi izləyin

Nida Təhlil

Macarıstandakı səfirimiz - Bütün işğallara hərbi yolla çözüm tapılıb

Bütün erməni “başbilənləri” və onlara dəm tutanlar tutuquşu kimi təkrarlayırlar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Belə çıxır ki, başqasının torpağını hərbi yolla işğal etmək olar, amma hərbi yolla azad etmək olmaz.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib. O bildirib ki, dünyada bütün işğallara hərbi yolla çözüm tapılıb:

“Əks təqdirdə silahlı qüvvələrə milyonlar və milyardlar xərclənməzdi. İndi Azərbaycan Ordusu bunu Paşinyandan tutmuş Şahnəzərova (ulu nənəsi Qarabağ xanının hərəmində çalışırmış), Solovyovdan tutmuş Jirinovskiyə qədər bütün hərbi həll yolunu mümkünsüz sayanlara isbat etməkdədir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm