Ermənistanda antisemitizm: İrəvan İsraildəki səfirini niyə geri çağırdı?
Bizi izləyin

Nida Təhlil

Ermənistanda antisemitizm: İrəvan İsraildəki səfirini niyə geri çağırdı?

Qarabağ cəbhəsində döyüşlərin getdiyi vaxt Ermənistan İsraildəki səfirini geri çağırdı. Rəsmi səbəb kimi İsrailin Azərbaycana silah satması göstərilir və Paşinyan hakimiyyəti bununla orataya “qətiyyəli mövqe” qoymağa çalışır. Lakin gerçək səbəbin tarixi kökləri var.

Antisemitizm: Ermənistanda yəhudilərə nifrət yeni deyil. II Dünya müharibəsində nasistlərin sırasında döyüşən, “erməni legionuna” rəhbərlik edən Qaregin Njde antisemit mövqeyi ilə məşhurdur. Bu faşisti ideoloji lideri hesab edən Ermənistanın Njdenin timsalında faşizmi qəhrəmanlaşdırması və yəhudilərə nifrət etməsi təəcüblü deyil.

1918-ci ilin aprel-may aylarında danakların Quba qəzasında qətlə yetirdiyi 36 min 782 nəfərin arasında 3 minə yaxın yəhudi də var idi. Ermənilərin Osmanlı və Rusiya imperiyaları tərkibində yaşayanda da yəhudilərə hücumları ilə bağlı faktlar var. XX əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçiriləndə yəhudilərin də hədəf alınması həm də tarixi nifrətdən qaynaqlanırdı.

II Dünya müharibəsində nasist cəbhəsində döyüşən Njde, Dron (Drastamat Kanayan) və Ermənistanın baş naziri Nikol Paşinyanın adını daşıdığı babasının timsalında ermənilər antisemitizmə dəstək verirdi. Nasistlər məğlub olsa da, ermənilərin antisemit mövqeyində dəyişilik olmadı və Ermənistan müstəqillik qazanandan sonra da davam etdi. 1988-ci ildən başlayaraq, azərbaycanlıları öz ata-baba yurdlarından kütləvi şəkildə çıxaran ermənilər yəhudiləri də qovurdular. Hazırda Ermənistan başqa millətin yaşamadığı yeganə ölkələrdəndir.

“Pew Research Center” təşkilatının Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində apardığı sosioloji tədqiqatda Ermənistanın antisemit üzü ortaya çıxır.

2015-ci ilin iyun ayından 2016-cı ilin iyul ayına qədər aparılan sorğuda
Ermənistanın 18 ölkə arasında yəhudilərə ən çox nifrət edən ölkə olduğu məlum olub. Belə ki, Ermənistanda əhalinin 32 faizi yəhudilərin öz ölkəsində yaşamasını istəmir. Bu, tədqiqatda qeydə alınan ən yüsək göstəricidir.

Ermənistanda yəhudi adı siyasi qüvvələr arasında da bir-birini ittiham etmək üçün istifadə olunur.

“WikiLeaks” saytının yaydığı ABŞ Dövlət Departamentinin 2008-ci il tarixli sənədində qeyd olunur ki, Ermənistan mətbuatı müxalifəti, xüsusən də keçmiş prezident, həyat yoldaşı yəhudi olan Levon Ter-Petrosyanı qaralamaq üçün antisemitizmdən istifadə edib.

Erməni yazıçı Romen Yepiskoposyanın 2002-ci ildə dərc olunan “Milli sistem” kitabında türklər “qatil millət”, yəhudilər isə “dağıdıcı millət” kimi təqdim olunur. Müəllif “Holokostun bir mif” olduğunu iddia edir.

Ermənistan qondarma “erməni soyqırımı”nın tanınmamasına görə də yəhudiləri ittiham edir, həmçinin, bu uydurma “soyqırımı”nda yəhudilərin iştirak etdiyi deyirlər.

2010-cu ilin 19 oktyabr tarixində İrəvanda Holokost qurbanlarının xatirəsinə qoyulan abidənin təhqir edilməsi də antisemitizmin bariz nümunəsi idi.

Bütün bunlar ermənilərin yəhudilərə nifrət etdiyinin sübutlarıdır. Ermənistan səfirinin İsraildən geri çağırılmasının kökündə də məhz antisemitizm dayanır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm