Nida Təhlil
Dinc sakinlərin atəşə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir -Britaniyalı deputat
Azərbaycanın dinc sakinlərinin Ermənistan tərəfindən atəşə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.
Bu barədə Böyük Britaniya parlamentinin üzvü, Azərbaycan üzrə ümumpartiya parlament qrupunun sədri Bob Blekmanın bəyanatında deyilir.
O bildirib ki, Azərbaycanın mülki əhalisinin Ermənistan qoşunları tərəfindən atəşə tutulması narahatlıq doğurur: "Artilleriya zərbələrinə ölkənin ikinci ən böyük şəhəri Gəncə də məruz qalıb və nəticədə qadın və uşaqlar həlak olub. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində davam edir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və ətraf yeddi rayondan qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmamış qalır. Münaqişənin tənzimləməsinə görə məsuliyyət daşıyan ATƏT Minsk qrupu öz mandatını yerinə yetirməyib. Mən münaqişənin tezliklə və dinc yolla tənzimlənəcəyinə, azərbaycanlıların, ermənilərin və millətlərin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayacağı günlərin gələcəyinə ümid edirm".
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan