Nida Təhlil
Böyük Ermənistan mifi Azərbaycan Ordusu tərəfindən dağıdılır - Millət vəkili
Ermənistanın daxili siyasəti hazırda şok vəziyyətindədir. Hakmiyyət uğrunda gərgin mübarizə getsə də, Ermənistanda faktiki olaraq bütün siyasi qüvvələr Azərbaycan torpaqlarının işğalını dəstəkləyirdi. Bir-birini əvəz edən partiyalar Azərbaycan ərazi bütövlüyünü tanımaqdan imtina edirdi.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O, qeyd edib ki, hazırda onların ümumi xətti iflasa uğrayır: “Müxalif partiyalar indi Ermənistan hakimiyyətinə alternativ bir çıxış yolu təklif etməyə çəkinirlər. Uzun illər yaratdıqları böyük Ermənistan mifi Azərbaycan Ordusu tərəfindən dağıdılır. Həmçinin bu gün Ermənistan dünya tərəfindən təklənib. Daha doğrusu apardığı işğalçılıq siyasətinin beynəlxalq hüquq normalarını tapdalaması, insanlığa qarşı etdiyi digər cinayətlər dünyanın heç bir dövlətini onları dəstəkləməyə icazə vermir. Əsl faciə müəyyən müddət sonra Ermənistan orduya göndərməyə əsgər tapmayanda başlayacaq. Ermənistan idarəolunmaz bir vəziyyətə gəlib çıxacaq. Apardıqları uğursuz siyasətin acı nəticələrini dadacaqlar”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan həqiqətləri bu gün dünya mətbuatında işıqlandırılır: “Bəzi tanınmış informasiya vasitələri hələ də Azərbaycanın haqq savaşı ilə bağlı susmağa və yaxud da yanlış informasiya verməyə çalışır. Lakin Cənab Prezidentin xarici kanallara müsahibələri öz sözünü deyir. O cümlədən, xarici jurnalistlərin cəbhə bölgəsindən hazırladığı reportajlar dünyanın gözünü açır. Bu isə həm Ermənistanı, həm də onların xaricdəki diasporasını çıxılmaz vəziyyətdə qoyur. Ermənistan özü üçün yəqin etməlidir ki, başqa xalqların torpağını, tarixini və mədəniyyətini oğurlamaq siyasəti sözsüz ki, onları bu vəziyyətə gətirib çıxartmalı idi”.
Aytən Məftun
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi





































