Döyüş meydanında məğlub olan düşmən dinc əhalini hədəf alır - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Döyüş meydanında məğlub olan düşmən dinc əhalini hədəf alır - DEPUTAT

“Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində xəsarət almış və ötən gün vəfat etmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Mayakov Artur Vladimiroviç erməni faşizminin növbəti qurbanıdır”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əhmədova Ermənistan hərbi birləşmələrinin Azərbaycanın mülki yaşayış obyektləri və infrastrukturuna ağır artilleriya və raket zərbələri endirməsi ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, Ermənistan hakimiyyəti öz faşizm siyasətini davam etdirir: “Döyüş meydanında məğlub olan düşmən dinc əhalini hədəf alır. Gənc insanları Azərbaycana qarşı haqsız müharibəyə göndərərək bilərəkdən məhv edən Ermənistan hakimiyyəti indi də Azərbaycan gəncliyinə zərər vurmaq istəyir”.

Parlamentari qeyd edib ki, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində düşmənə layiqli cavab verilir, torpaqlarımız işğaldan azad edilir: “Ərazi bütövlüyümüz ən qısa zamanda bərpa ediləcək!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm