Xudafərin niyə Azərbaycan üçün bu qədər əhəmiyyətlidir? - Tarixçi alim açıqladı
Bizi izləyin

Nida Təhlil

Xudafərin niyə Azərbaycan üçün bu qədər əhəmiyyətlidir? - Tarixçi alim açıqladı

“Bu şərəfli anları bizə yaşatdığına görə Azərbaycan Ordusu qarşısında baş əyirəm. Onların uğurlarının xalqımızın, dövlətimizin uğurlarının davamı olmasını arzu edirəm. Heç şübhəsiz ki, bu şanlı qələbələrdən biri də Azərbaycanın İranla sərhəddə onlarla kilometr əraziyə sahib olmasıdır. Vətənin dəqiq sərhədi olmalıdır. Çünki Vətənin sərhəddən başlayır”.

Publika.az xəbər verir ki, bu sözləri tarix elmləri doktoru, professor Qabil Əliyev deyib.

Tarixçi alim Xudafərin körpüsün önəmindən də danışıb: “Bu körpü çox böyük tarixi əhəmiyyətə malik memarlıq abidəmizdir. Xudafərin insanları, xalqları birləşdirən vasitədir. Çox təəssüf ki, sovetlər dönəmində bu körpü o funksiyanı icra etmədi. Cənubla Şimali Azərbaycan bir-birindən tikanlı məftillərlə aralı düşdü. Müstəqillik qazanandan sonra da mənfur düşmənimiz, xain, məkrli qonşumuz Ermənistan öz çirkin planlarını həyata keçirdi. Azərbaycan müstəqilliyini yeni əldə etdiyi bir vaxtda, ordu və dövlət quruculuğu yeni başlayan zamanda ermənilər havadarlarının köməyi ilə torpaqlarımızı işğal etdi. İndi Azərbaycan Ordusu şanlı tarix yazır və torpaqlarımızı işğaldan azad edir”.

Q.Əliyev bildirib ki, Xudafərin iki körpüdən ibarətdir: "Birincisi 15 tağlıdır. Günümüzdə də qalmaqdadır və daha qədimdir. Bu körpü 11-ci əsrdə tikilib. Eramızdan əvvəl 2-ci əsrdə də mövcud olan, Şərqdən Qərbə uzanan böyük İpək Yolu Azərbaycan ərazisinə keçəndə burada şaxələnirdi. Əsas hissə Aralıq dənizinə, Konstantinopola (indiki İstanbul şəhəri – red.), digəri isə Təbrizdən Şimala, Xudafərin körpüsünə, oradan Qarabağ, Bərdə, Gəncə, Şamaxı və Dərbənd keçidindən şimala tərəf gedirdi. İkinci körpü 13-cü əsrin sonunda inşa edilib. Bu, 11 tağlı körpüdür. Bu isə eramızdan əvvəl 1-ci əsrdə inşa edilən körpünün üzərində tikilib. 1930-cu illərə qədər işlək vəziyyətdə olub. İranla sərhədi qəti bağlamaq lazım gələndə hər iki tərəfdən iki tağı söküblər ki, gediş-gəliş olmasın və əsas funksiyasını daşımasın. Bu körpü iqtisadi, mədəni əhəmiyyətli, o tayı bu tayla birləşdirən böyük bir memarlıq abidəmizdir. İnşallah, tezliklə, bu abidə əsas funksiyasını daşıyacaq və hər iki tayı birləşdirəcək. Qarabağ torpaqları çox bərəkətlidir, suyu da, havası da safdır. Düşünürəm ki, bu ərazilər Azərbaycanın iqtisadi potensialına böyük güc qatacaq”.

Alimin sözlərinə görə, biz vətənimizin sərhədini özümüz qorumağa başlayırıqsa, bu vətənin əsl sahibinə çevrilirik.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm