Qərəzli yanaşmaları onlar üçün itkilərlə nəticələnəcək - Deputat
Bizi izləyin

Nida Təhlil

Qərəzli yanaşmaları onlar üçün itkilərlə nəticələnəcək - Deputat

"Azərbaycanın Qarabağ uğrundakı haqq işinə bir sıra şirkətlərin qərəzli mövqeyi yerli istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Son olaraq "Johnson&Johnson" şirkətinin paylaşımında qondarma respublikanın qondarma adını qeyd etməsi bir sıra ticarət obyektlərinin həmin şirkətin istehsal etdiyi məhsulların satışını dayandırmasına gətirib çıxarıb".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, istehlakçılarımızın və eləcə də ticarət şəbəkələrinin qərarlarına hörmətlə yanaşaraq xüsusilə qeyd etmək lazımdır ki, belə qərəzli paylaşımlar əslində erməni lobbisinin beynəlxalq arenada əksər istiqamətlər üzrə bizə qarşı informasiya müharibəsi aparmasından xəbər verir: "Hətta əksər Qərb ölkələrində Qarabağ savaşı ilə bağlı həqiqəti yazanlar da bu lobbinin təzyiqinə məruz qalırlar. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı və o cümlədən istehlak bazarı düşmən ölkənin uyğun göstəriciləri ilə müqayisədə xeyli böyükdür. Yəni, xarici şirkətlər, o cümlədən Qarabağımız ilə bağlı qərəzli paylaşım edənlər Azərbaycanda daha çox gəlir əldə edirlər. 2019-cu ildə ölkəmizə xaricdən 70 milyon dollara yaxın yuyucu vasitələr və 24 milyon dollardan çox sabun materialları gətirilib və satılıb. Ermənistanda bu malların ümumi idxalı ötən il 8.2 milyon dollar olub. Deməli, belə məhsulların istehsalı ilə məşğul olan şirkətlər Azərbaycanda Ermənistan ilə müqayisədə 12 dəfəyə yaxın daha çox gəlir əldə ediblər".

V.Bayramov əlavə edib ki, göründüyü kimi, bir sıra xarici ölkələrin qərəzli yanaşmaları onlar üçün heç də az itki ilə nəticələnməyə bilər: "Ən önəmlisi isə elə qərəzli paylaşımlar bizim haqq işimizə heç də kölgə salmır və salmayacaq. Bir daha xatırlatmaq istərdim ki, təklif etdiyim kimi, biz bazarlıq edən zaman yerli və türk mallarına üstünlük verəriksə, o zaman xeyir bizə qarşı qərəzli mövqe tutanlara deyil, dost şirkətlərə qalar".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm