Nida Təhlil
Məşhur ağdamlı alimdən TÜKÜRPƏDƏN SÖZLƏR: 17 yaşıma orada təzədən başlayacam...
"İndi mən elə bilirəm ki, o böyük səhranı keçmişəm, öz evimə çatmışam".
Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Publika.az-a müsahibəsində deyib.
- Zaur müəlim, 27 ildən sonra bu gün Ağdam işğaldan azad olunub, nə hisslər keçirirsiniz?
- Mən Ağdamdan çıxanda 17 yaşım var idi. İndi 44 yaşım var. Bu məcburi köçkün illərində sanki Ağdamsız heç yaşamamışam. Sanki adam öz evindən, öz torpağından kənarda səhrada sərgərdan qalıb. Hər zaman axtarışda olursan, nə vaxt qayıdacağını düşünürsən. İndi mən elə bilirəm ki, o böyük səhranı keçmişəm, öz evimə çatmışam. Bu uzun yolu qət edib, öz yurduma çatmışam. Bu, böyük xoşbəxtlikdir. Bunu daxilən hiss etmək lazımdır. İnsan anadan olduğu torpağa, öz evinə, yurduna geri qayıdır. Bilmirəm, necə deyim, sanki Tanrı ilə eyni qədər vəhdətə qovuşursan, Tanrının sənə verdiyi vəhdəti qəbul edirsən, içindəki o həqiqəti tapırsan. Fəlsəfədə bir söz var “vnimaniyaya çatmaq”, bax, ona çatmışam. Özümü sanki elə hesab edirəm ki, mən təzədən doğulmuşam, təzədən yaşayacam, 17 yaşıma geri dönürəm. Mən o hissələri bir də yaşayıram. Elə bil ki, 17 yaşıma təzədən orada başlayacam. Elə biləcəm ki, 17 yaşım var. Bu, çox böyük hisslərdir. Ağdam inanılmaz qələbədir. Ağdam mənim üçün elə bir şəhər, yurddur ki... İnsanın ən böyük arzusu nədir ki, ona çatanda xoşbəxt olur? Bax, mən bu saat o vəziyyətdəyəm.
- Ağdamın bu gün qaytarılacağını gözləyirdiniz?
- Biz Ağdamın alıncağına inanırdıq. Biz Qarabağın geri qayıdacağına inanırdıq. Nəyə görə inanırdıq? Çünki oradan çıxanda özümüzlə heç nə götürmədik, fikirləşirdik ki, qayıdacağıq. Düz 27 il biz ora həsrət qaldıq. 27 ildə bizim nə qədər insanlarımız Ağdamı görmədən rəhmətə getdi. Amma buna baxmayaraq, içimizdə inam var idi. Bax, bu inam bizi bu günə çıxartdı. Biz həmişə Ali Baş Komandan İlham Əliyev danışanda ki, Qarabağ bizim olacaq, o inamı onda qazanırdıq. Heç vaxt inamdan düşməmişdik. Bizim içimizdəki inam nə zamansa qırılsaydı, tam başqa bir şey ola bilərdi. Amma bu inam var idi ki, biz geri dönəcəyik. Bilirsiniz, həqiqət axırda öz yerini tapır, hər zaman qalib gəlir. Ağ həmişə qaraya qalib gəlib. Xeyir həmişə şərə qalib gəlib. Biz xeyirik, biz ağıq. Biz müsbət qəhramanıq ki, mənfi obraza qalib gəldik. Ona görə, mən 20 noyabrda Ağdamın geri qaytarılacağına inanırdım. Çünki ermənilərin Ağdamdan çıxmamaq şansı yox idi. Ermənilər həqiqətən məğlub olmuşdular. Şuşa kimi böyük bir şəhərimizdə ermənilərə qalib gələndən sonra biz inanırdıq ki, Ağdam da qayıdacaq. Çünki alınmaz qalanı bərpa etdik. Ona görə, bizdə Ağdamın geri qaytarılmasına şübhə yox idi və biz ayın 20-sini səbirsizliklə gözləyirdik, buna da gəldik, çatdıq.
- Sosial şəbəkələrdə Ağdamdan binaların, evlərin dağıdılması ilə bağlı görüntülər paylaşılır. Bununla bağlı fikirlərinizi necə ifadə edərdiniz?
- Bu, vəhşilikdir. Erməni milləti psixoloji cəhətdən xəstədir. Onlar təkcə Ağdama yox, Şuşaya, Cəbrayıla, Zəngilana - bütün ərazilərimizə qənim kəsiliblər. Bu insanlar öldürməklə yanaşı olaraq bütün tarixi mədəniyyətimizi, tariximizi məhv etməyə çalışıblar. Məsələn, mən Ağdamdakı evimizin şəkilini paylaşmışam, evimiz yoxdur, yerində 3-4 daş qalıb. Sən bu tikililəri niyə məhv etmisən? Yaxşı, talamısan binaları, evləri niyə yox etmisən? Bu, vəhşilikdir. Vəhşilik bu vandalizmin yanında bəlkə ən rahat sözdür. Yəni bu, qeyri-insani bir hərəkətdir. Heç ən vəhşi heyvanlar bunu etməz, amma ermənilər bunu ediblər. Mən videolara baxıram, məscidi nə günə qoyublar. Məscid Allahın evidir. Sən məsciddə niyə donuz saxlayırsan? Nə fərqi var, Tanrı birdir. Müsəlmanın da, Xristianın da, yəhudinin də Tanrısı birdir. Sadəcə, hər birə cürə ibadət edir. Azərbaycan əsrlər boyu kilsələri qoruyub saxlayıb, təmir edib. Yaxşı, siz niyə məscidləri, tikililəri məhv edirsiniz?
- Zaur müəllim, danışıqlarınızdan hiss olunur ki, çox sevinirsiniz, hətta çox həyacanlısınız. Bir alimi kimi, hazırda Bakıda fəaliyyət göstərirsiniz, Ağdamda işləmək istəyərsiniz?
- Mütləq. Mən artıq rəhbərliyə müraciət etmişəm. Artıq Elmlər Akademiyasının Qarabağ fililalı Bakıda yaradılıb. Çox sağ olsun, akademik Ramiz Mehdiyev, akademik İsa Həbibəyli bizim Qarabağ filialımızı yaratdılar. Artıq Qarabağ flialımız var və onun Ağdam bölməsi olacaq. Mən müraciət etmişəm ki, məni orada işlə təmin etsinlər. Əgər işlə təmin etməsələr də, mən qayıdıb orada iş tapıb, işləyəcəm. Mən orada fəhlə də işləyərəm. Gedərəm, məktəbdə dərs deyərəm, hansısa bir saytın Qarabağ bölgəsi üzə jurnalisti də işləyərəm. Çünki mənim savadım buna imkan verir. Amma istəyirəm ki, oğlum bu torpağı görsün, mənim bu torpaqlarda yaşamadığım xoş xatirələri yaşasın. Oğlum həmişə mənə sual verib ki, “ata, Ağdam haradadır? Məni niyə Ağdama aparmırsan”. 15 ildir mən o suallara cavab tapa bilmirdim. Artıq suallara cavab tapmışam ki, oğlum, Ağdam azaddır və sən orada yaşayacaqsan, oranın torpağı, təbiəti sənin olacaq. Çox sağ olsun Bakı, bizim paytaxtımızdır, amma hər kəs doğulduğu yerdə yaşasa, daha rahat olar.
Şamo Emin
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 7 Oktyabr 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin27 Oktyabr 18:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 7 Oktyabr 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM