Şəfəq Mehrəliyeva: “Azərbaycanın missiyası Qafqaza sülh gətirməkdir”
Bizi izləyin

Nida Təhlil

Şəfəq Mehrəliyeva: “Azərbaycanın missiyası Qafqaza sülh gətirməkdir”

“Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllində sütun beynəlxalq sənədlərdən daha birinin - BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin icrasını təmin etdi. Bununla da, Azərbaycan beynəlxlaq ictimaiyyətə uzunmüddətli münaqişələrin həllində president nümayiş etdirməkdə davam edir”.

Bu fikirləri Publika.az-a açıqlamasında ADA Universitetinin sosial elmlər üzrə müəllimi Şəfəq Mehrəliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin müdrik siyasi strategiyası Qarabağ kimi mürəkkəb və kökləri dərin düyünün çözülməsi üçün hərbi və siyasi yollardan balanslı istifadəni münaqişələrin həllində bir nümunə kimi ortaya qoydu: “Ancaq təəssüf edirəm ki, Cənubi Qafqaz və bütün Avrasiya üçün belə bir tarixi məqamda Ermənistan bu nailiyyətin xoşməramlı tərəfdaşı ola bilmədi. 30 illik münaqişə sonda hər iki tərəf üçün daha az sayda qurbanlar bahasına həll oluna bilərdi. Lakin Ermənistan rəhbərliyi burada bir dövlət olaraq qeyri-yetkin və qorxaq yanaşması ilə ən başlıcası öz ölkəsinə böyük bəlalar gətirdi. Qaynağı rəsmi Bakı olan Qafqaz bölgəsi üçün sülh və rifah məkanı vizyonuna hətta tarixi rəqiblər - Türkiyə və Rusiya da inandı və münaqişənin uzunmüddətli həllini təmin etmək üçün əməkdaşlıq etməyə başladılar. Lakin Ermənistan burada öz faydasını görməyəcək qədər kordur”.

“Belə qonşu ilə yaşayaraq Azərbaycanın yalnlız bir seçimi qalır- milli maraqlarını və beynəlxlaq sülhü qorumaq üçün nəzərdə tutduğu balanslı siyasəti və bunun təmin edilməsi alətlərini təkidli şəkildə yeritmək. Tarix nadir dövlətlərə missiya verir. Görünür, Azərbaycanın missiyası əsrlər boyu rəqabət və ədavət məkanı olan Qafqaza sülh gətriməkdir”,- deyə Mehrəliyeva əlavə edib.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm