Keçmiş nazir: ABŞ-da baş verənlər dolları dəyərdən sala bilər
Bizi izləyin

Nida Təhlil

Keçmiş nazir: ABŞ-da baş verənlər dolları dəyərdən sala bilər

“Birləşmiş Ştatlarda baş verən son hadisələr ABŞ valyutasına da birbaşa təsir göstərə bilər. Son illərin prosesləri də göstərir ki, siyasi hadisələr iqtisadi bilavasitə məsələlərə təsir imkanına malikdir”.

Bunu Publika.az-a açıqlamasında keçmiş Maliyyə naziri, professor Fikrət Yusifov Amerika Birləşmiş Ştatlarında baş verən son hadisələrin bu ölkənin valyutasına hər hansı formada təsirindən danışarkən deyib.

Keçmiş nazir bildirib ki, indiki halda dünyanın əsas valyutası dəyər itirə bilər: “Hadisələr hələ bir gündür ki, başlayıb. Prosesləri qabaqlamaq istəmirəm. Amma hesab edirəm ki, bu davamlı olsa, ABŞ dollarına da öz təsirini göstərəcək. Mən də prosesləri izləyirəm. Hələlik baş verənlərin nə qədər davam edəcəyi, qarşısının necə alınacağı bilinmir. Proseslərin bundan sonra necə dəyişəcəyindən asılı olaraq bazar baş verən proseslərə, vəziyyətə reaksiya verə bilər. Çünki Amerika kimi mötəbər, qüdrətli bir ölkədə bu cür proseslərin baş verməsi nə maliyyə, nə də iqtisadi sistemi üçün arzuolunan bir şeydir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları seçkilərin saxtalaşdırıldığını iddia edərək etiraz aksiyalarına başlayıblar. Etirazçılar Kapitoli binasına daxil olmağa çalışıb və bunu bacarıblar. Hətta yayılan məlumatlara görə, etirazçılarla polis arasında toqquşmalar baş verib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm