Almaniya Azərbaycana qarşı mənəvi terrora niyə ev sahibliyi edir?
Bizi izləyin

Nida Təhlil

Almaniya Azərbaycana qarşı mənəvi terrora niyə ev sahibliyi edir?

Almaniyanın siyasi lüğətində Azərbaycana qarşı bir ifadə var: “Attacke” – Hücum.

Çox uzaq olmayan 2015-ci ildə Birinci Avropa Oyunları Bakıda keçiriləndə “Köhnə Qitə” idman müsabiqəsindən zövq aldığı vaxt, Almaniya mediası dalanlarda problem axtarışında və küçəyə döşənmiş daşların yalnış düzülüşünü belə siyasiləşdirməkdə idi. Almaniya bizə təkcə II Dünya müharibəsi, “alman hesabı”, neonasizmin vətəni və Şvaynştayqerlə yox, həm də səbəbsiz, səbəbli Azərbaycana qarşı “Attacke” taktikasına əl atan ölkə kimi tanışdır.

30 il erməni işğlına səssiz qalan Almaniyanın Vətən müharibəsində “Azərbaycanı atəşkəsi bərpa etməyə çağırması” da Bakıya qarşı dəyişməyən alman soyuqluğunun davamı idi. Və budur, müharibə başa çatıb, münaqişə həll olunub, amma Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti dəyişmir. Bunun bəlli səbəbləri var:

1. Almaniya işğalçıya bu və ya digər formada verdiyi dəstəklə regionda yaranan yeni reallıqdan kənarda qaldı;
2. Avropa İttifaqının “qoşa zəri” olan Fransa-Almaniya cütlüyü ortaq hərəkət edir və bu fəaliyyətin arxasında erməni diasporu/lobbisi dayanır;
3. Azərbaycana hücum hər iki ölkənin İslamafobiya və anti-Türkiyə siyasətindən qaynaqlanır;

Səbəblərin siyahısını uzatmaq da olar, lakin gerçək budur ki, Almaniyanın Azərbaycana qarşı haqsız və qərəzli münasibəti səngimir.

Almaniya təkcə qərəzli münasibəti yox, həm də “söyüş müxalifəti”nin Avropadakı yuvası ilə tanınır. Söhbətin kimlərdən getdiyini Azərbaycan cəmiyyəti yaxşı bilir. “Söyüş müxalifəti”nin 2018-ci ildən başlanan mənəvi terroruna Almaniyanın niyə ev sahibliyi etməsinin səbəbini də yaxşı bilirik, amma burada məsələnin tamam fərqli tərəfi də gündəmə gəlir:

- Sosial şəbəkələrdə mənəvi terror əsdirən “söyüş müxalifəti”nə ev sahibliyini üzərinə götürmüş Almaniya Avropada sosial şəbəkələr üzərində ən sərt məhudiyyətlər tətbiq edən ölkədir. Necə olur, alman məmurlarına qarşı yüngül tənqidə görə sosial şəbəkə istifadəçilərini təqib edən Almaniya hökuməti Azərbaycan hökumətinə qarşı təhqir, söyüş, bir sözlə mənəvi terror əsdirənləri öz qoynunda bəsləyir?!

2017-ci ilin 30 iyunund qəbul olunan, 2018-ci iin 1 yanvar tarixində Almaniyada qüvvəyə minən Sosial Media Fəaliyyəti Qanunu görə (qısa olaraq NetzDG adlanır) Facebook, İnstagram, Twitter və Youtube də daxil olmaqla böyük sosial şəbəkə platformalarında fəaliyyətə görə Cinayət Məcəlləsinin 22 adda madəsini tətbiq edir, adıçəkilən şəbəkələr alman hökumətinin “qanunsuz məzmun” olduğunu hesab etdiyi paylaşımları silməyəcəyi təqdirdə 50 milyon avroya qədər cərimə ödəməlidir.

Almaniya hökuməti məmurlara, o cümlədən, hökumətin hansısa addımına etiraz edənlərin paylaşımlarını asanlıqla “qanunsuz məzmun” siyahısına daxil edir və sosial şəbəkə platforması həmin postu dərhal “yoxa çıxarır”.

Beynəlxalq media ekspertlərinə görə, bu söz azadlığının pozulmasıdır.

BMT-nin məruzəçisi David Kaye hesab edir ki, bu, beynəlxalq insan haqları standartlarına ziddir.

Almaniyalı media mütəxəssisi Venzel Mixalskinin fikrincə, Almaniya bununla ifadə azadlığına, ictima tənqidə, siyasi fəallığa və müstəqil jurnalistikaya qarşı repressiv addımlar atır.

“Human Rights Watch” Almaniyanın sosial şəbəkələrlə bağlı digər ölkələr üçün presedent yaratdığını qeyd edir.

Artıq Rusiya, Sinqapur və Filippin sosial şəbəkələrə qarı mübarizədə alman təcrübəsini öyrənirlər.

O zaman sual yenidən aktuallaşır: özünə qarşı istənilən tənqidi dərhal “yoxa çıxaran” Almaniya hökuməti “təhqir müxalifəti”nin sosial şəbəkələrdə Azərbaycana qarşı mənəvi terroruna niyə şərait yaradır? Bu şəxslərə niyə qucaq açıb?

Nəzərə alsaq ki, “təhqir müxalifəti” sosial şəbkələrin Azərbaycan seqmentinə yaşadıqları Almaniyadan daxil olurlar, o zaman, sosial şəbkələrə qarşı alman sərtliyini əks etdirən qanun bu şəxslərə də həvalə edilməlidir. Amma Almaniya belə şəbəkələrə geniş şərait yaradır, bir çox hallarda isə onların birtərəfli iddialarına alman mediasında geniş yer verilir.

Bu, Almaniyanın anti-Azərbaycan mövqeyi ilə yanaşı, həm də başqa ölkələlərin daxili işinə müdaxiləsi, o cümlədən, beynəlxalq hüquqa qarşı hörmətsizliyidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm