Nida Təhlil
Azərbaycan bütün istiqamətlərdə liderdir – Deputat
Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MDB regionunda liderdir. Təbii ki, bu istiqamətdə dövlət səviyyəsində görülən işlər özünü rəqəmlərdə, müxtəlif statistikalarda ifadə edir. Ölkədə koronavirusla effektiv mübarizə aparılması üçün böyük iş görülüb.
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, bu istiqamətdə görülən işlərlə yanaşı, daha yaxşı nəticələr əldə etmək üçün görülməli olan işlər də var:
“Koronavirusla bağlı vəziyyət sürətlə pisləşir. Mənə elə gəlir ki, hazırda ən əsas hədəf ölkəmizdə vaksinasiya prosesinin daha da genişlənməsidir. Bu proses daha da geniş vüsət almalıdır. Ölkəyə yeni vaksinlər gətirilməlidir. Bütün bunlarla yanaşı, ölkədə müvafiq infrastruktur yaradılmalıdır. Söhbət keyfiyyətli soyuduculardan gedir. Eyni zamanda, soyuducular yerlərdə təmin olunmalıdır”.
Millət vəkili bildirib ki, bununla yanaşı, əhali arasında koronavirusu müəyyənləşdirmək üçün testlər daha çox əhalini əhatə etməlidir:
“Eləcə də COVID-19 daşıyıcılarının öz karantin yerlərində qalmaları, onların ictimai yerlərə çıxmaması üçün müəyyən işlər görülməlidir. Hansısa tədbirlər müəyyənləşdirilməlidir. Təbii ki, vəziyyət təhlükəlidir. Onun üçün bütün səhiyyə sistemi səfərbər olunmalıdır. Dövlət bu istiqamətdə bütün zəruri addımları atmalıdır. Təbii ki, Azərbaycan bütün istiqamətlərdə liderdir. Həm vaksinasiya, həm də karantinin təmin olunması, testlərin kütləviliyi daha səmərəli nəticələr verəcək”.
Tural Turan
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Səhiyyə06:46
Süni intellekt can həkimimiz ola bilər
-
Magazin206:26
Hollivudun ukraynalı gözəli yeni filmini təqdim etdi - FOTO
-
Region05:45
Türkiyəli məşhur aşpaz Nüsret necə milyonçu oldu? - VİDEO
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər