Ermənistan dünya siyasi xəritəsindən silinə bilər - Deputat
Bizi izləyin

Nida Təhlil

Ermənistan dünya siyasi xəritəsindən silinə bilər - Deputat

İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri uğurla aparılır və bu barədə müvafiq qurumlar ictimaiyyətə məlumat verir. Qardaş Türkiyədən də köməyin olduğu bəllidir. Ancaq işğalçı ölkə 1993-cü ildən bəri həmin ərazilərdə o qədər mina yerləşdirib ki, onları təmizləməkdən ötrü bəlkə də uzun illər lazım gələr.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, bu, çoxlu məsrəf, vaxt itkisi, ərazilərin dirçəldilməsinin, tikinti-inşaat və kənd təsərrüfatı işlərinin aparılmasının yubadılması deməkdir:

“Vəziyyətin belə davam etməsi məqsədlərimizə çatmağı bir neçə il geri ata bilər. Ona görə də ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar birmənalı mövqe ortaya qoyaraq minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən ötrü Ermənistana təzyiq etməlidirlər. Ermənistan beynəlxalq birliyin sərt təpkisi ilə üz-üzə qalmalıdır. Belə məsuliyyətsiz davranışları ilə daim gərginlik mənbəyi olmuş və olmaqda davam edən Ermənistan özünü dünyanın siyasi xəritəsindən silməyə doğru sürükləyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm