Nida Təhlil
Muradov Qarabağda nə ilə məşğuldur? - VİDEO
Video əlavə olunub.
xxx
Ermənistanda Koçaryanın timsalında revanşistlərə dəstək verən Rusiya eyni xətti Qarabağda da davam etdirir. Sülhməramlıların komandanı Rüstəm Muradovun Xankəndində görüşdüyü ermənilər bu kontekstdə təsadüfi deyil.
Bakıdan “əliboş” qayıdan Rüstəm Xankəndidə iki biznesmenlə - bank sahibi Artak Balayan və milyonçu Armen Balayanla nahar edib. Armen Balayan Robert Koçaryana yaxınlığı ilə tanınır. Bu naharın Putin-Koçaryan görüşündən sonra olması xüsusilə diqqət çəkir.
Birincisi: Rusiya İrəvanda Koçaryan, Xankəndidə Balasanyan komandasını gücləndirir. Növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayan Rusiya Ermənilər Birliyinin rəhbəri (REB), milyonçu Ara Abramyanın əsas missiyasından biri də seçkidə rus cəbhəsinin maliyyəsini təmin etmək olacaq. Xankəndidə də Muradov pullu erməniləri Balasanyan komandasının maliyyələşməsinə cəlb edir.
İkincisi: Rusiya Qarabağa qaytardığı ermənilərin orada yaşaması üçün lazım olan maliyyə vəsaitini erməni biznesmenlərin üzərinə qoyur.
Hər iki məqsəd rusların bölgədə qalmasının ömrünü uzatmağa hesablanıb.
Burada rusların cavab verməli olduğu sual yaranır: Muradov Qarabağda sülhü təmin edir, yoxsa siyasətlə məşğuldur?
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı