Nida Təhlil
Ukrayna NATO-ya daxil olur?
“Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələri qarşısında məsələni qəti qoyub: “Ukraynanı NATO-ya üzv qəbul edin!” Zelenskinin fikrincə, NATO Ukraynanın arxasında deyil, yanında olmalıdır. O, haqlıdır! Ukraynanı illərdir NATO-nun qapısında gözlətdirirlər. Rusiya da bundan istifadə edərək Ukraynaya hərbi təzyiqi artırır”.
Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib. Politoloq bildirib ki, V.Zelenskinin qətiyyətli mövqeyi ilk bəhrəsini verib:
“ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının verilməsinə dəstək göstərib. Bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andriy Yermak Kiyevdə ölkə rəhbəri Vladimir Zelenski ilə ABŞ dövlət katibi Entoni Blinken arasındakı görüşdən sonra bildirib. İndi qalır Fransa və Almaniyanı inandırmaq. Paris və Berlin ikili oynayırlar, sözdə Ukraynaya dəstək ifadə edirlər. Əməldə isə bu ölkənin NATO-ya üzvlüyünü illərdir əngəlləyir və bununla Rusiyanın aqressiv siyasətinə imkan yaradırlar. Odur ki, Amerikadan Paris və Berlini yola gətirmək tələb olunur”.
Tural Turan
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi