Nida Təhlil
Müdafiə Nazirliyi təlimlərlə bağlı məlumat yaydı - FOTO/VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyəti üzrə birləşmə və hissələri ilə keçirilən komanda-qərargah təliminin növbəti mərhələsində qərargahlar tərəfindən hər an dəyişən əməliyyat şəraitinə uyğun qısa müddətdə qərarların qəbul edilməsinə və bölmələrə çatdırılmasına xüsusi diqqət yetirilib.
Qəbul edilən qərara uyğun olaraq əməliyyat istiqamətində əldə edilmiş müvəffəqiyyətin inkişaf etdirilməsi üçün taktiki qrupların bir istiqamətdən digərinə yerdəyişməsi praktiki fəaliyyətlərlə məşq etdirilib. Çətin dağ şəraitində bölmələrin şəxsi heyətinin döyüş və avtomobil texnikası ilə daşınmasının gizliliyi digər qoşun növü bölmələrinin fəaliyyəti ilə təmin edilib.
Döyüş və digər texnikanın dağlıq ərazidə istismarı üzrə şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilib.
Komanda-qərargah təlimi plana əsasən mayın 20-dək davam edəcək.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər