Ermənistan üçün yeganə yol Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdir - Ekspert
Bizi izləyin

Nida Təhlil

Ermənistan üçün yeganə yol Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdir - Ekspert

Ermənistanın Cənubi Qafqazadakı regional layihələrdən kənarda qalmasının əsas səbəbi işğalçı siyasiyətidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” videokonfransında da, ondan əvvəl də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə fikirlərini dəfələrlə vurğulayıb.

Bu sözləri Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

Ekspert bildirib ki, 90-cı illərdən bu günə qədər Azərbaycan bir çox regional meqa layihələrin əsas təşəbbüskarı və əsas iştirakçısı olub: " “Bakı-Tibilisi-Ceyhan neft kəməri layihəsində, Ərzurum qaz layihəsində, Bakı-Tibilisi Qaz Dəmiryolu Xətti layihəsində, şərqlə qərb, şimalla cənub arasında olan nəqliyyat koridorlarında Azərbaycan əsas iştirakçı dövlətlərdən biri olduğu halda Ermənistan bütün bu layihlərdən kənarda qaldı. Eyni zamanda, "Lapis Lazuri" layihəsini misal çəkə bilərik, Ermənistan bu layihədən də kənarda qalıb. Əslində, bütün bunlar Azərbaycan tərəfindən seçilmiş çox məqsəduyğun strategiyanın nəticəsidir. Azərbaycanın əsas hədəflərindən biri bu strategiya ilə nəinki ölkəmizi inkişaf etdirmək, eyni zamanda da bizə qarşı aqressiya nümayiş etdirən Ermənistanı iqtisadi cəhətdən zəiflətmək və blokadaya almaq idi. Bu siyasət nəticəsində də Ermənistanın iqtisadi vəziyyəti xeyli zəifləmiş və xarici ianələrdən asılı olan bir ölkəyə çevrilmişdir. Azərbaycan isə öz iqtisadiyyatını inkişaf etdirdi, böyük neft və qaz müqavilələrini bağladı. Regional layihələrdə iştirakı nəticəsində Azərbaycan öz qüdrətini daha da artıraraq həm iqtisadi, həm də hərbi-texnologiya sahəsində üstünlük qazandı. Bu üstünlük sayəsində də Azərbaycan Ermənistanı ikinci Qarabağ müharibəsində məğlubiyyətə uğratdı. Odur ki, Ermənistan həm regional layihələrdən kənarda qalmağından, həm də müharibədə məğlub olmağından bir dərs çıxarmalı və anlamalıdır ki, hazırda baş verən anarxiyadan və sosial-iqtisadi böhrandan çıxmağın yeganə yolu qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək və konstruktiv mövqe sərgiləməkdir. Yalnız bundan sonra Ermənistanın regional layihələrə qoşulması prosesi baş verə bilər".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm