Nida Təhlil
Sülhməramlılar bacarmadı, Bakı özü “Qisas”a başlayır
Kəlbəcərdə minaya düşən azərbaycanlı jurnalistlərlə bağlı insidentdən sonra Bakı hələ də Qarabağ dağlarında gizlənə biləcək erməni terrorçularının üzə çıxarılması və zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyata başlaya bilər.
Publika.az-ın məlumatına görə, bu barədə Axar.az-a hərbi ekspert, politoloq Aleksey Voronenko bildirib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda əsas məqsədi təhlükəsizliyin təmin edilməsi və analoji təxribatlara qarşı mübarizə aparmaqdır:
“Gördüyümüz kimi, bu regionda təhlükəsizliyi yalnız Azərbaycan tərəfi təmin edir. Rusiya sülhməramlıları Qarabağda erməni təcavüzünün öhdəsindən gələ bilmir. Faktları müqayisə edək:
Mayın 27-də gecə saatlarında Ermənistan tərəfi guya müdafiə sərhədlərini möhkəmləndirmək cəhdi göstərib. Amma Bakı bildirib ki, həmim gün erməni terrorçuları tərəfindən təxribata cəhd olub. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, həmin gün Ermənistan-Azərbaycan sərhədində Kəlbəcər rayonu istiqamətində erməni diversiya qrupu Azərbaycanın dövlət sərhədini saat 03:00-da keçirərək minalama işləri və digər təxribatçı hərəkətlər etməyə çalışıb.
Burada məntiqi sual yaranır: Azərbaycan jurnalistləri minaya harada düşüblər? Kəlbəcərdə. Təsdiqlənməmiş məlumatlara görə, minanın partladılması Azərbaycan Silahlı Qüvvələri tərəfindən daim istifadə olunan yolda baş verib. Belə çıxır ki, yol təmiz idi, amma nəsə baş verdi…
Bütün bunları təhlil edərək belə qənaətə gəlmək olar ki, əgər mayın 27-də erməni diversiya qrupunun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıbsa, jurnalistlərin vəfatından bir gün əvvəl həmin terrorçular bu əraziyə soxula bilib, öz istədiklərini nail olublar.
Bu səbəbdən Bakı istənilən vaxt son dövrlərin ən güclü antiterror əməliyyatlarından birinə başlaya və öz ərazisini tamamilə terrorçulardan təmizləyə bilər. Azərbaycan xüsusi təyinatlıları terrorçuları yerlə-yeksan edəcək. Bu “Qisas” əməliyyatı olacaq”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR