Nida Təhlil
Deputat: “Bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”
“Futbol üzrə Avropa çempionatının bəzi oyunlarının paytaxt Bakıda keçirilməsi ilk növbədə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, dünyada idmanın inkişafına, onun populyarlaşmasına xüsusi töhfələr vermiş ölkələrdəndir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili söyləyib ki, Azərbaycan 44 günlük genişmiqyaslı müharibə aparmasına, COVID-19-la bağlı pandemiyaya baxmayaraq, ictimai-siyasi sabitliyin hökm sürdüyü, həyatın normal axarında davam etdiyi ölkədir:
“Müasir idman növləri arasında ən çox populyarlıq qazanmış və milyardlarla insan tərəfindən sevilən futbol üzrə Avropa çempionatının paytaxtımızda keçirilməsi ölkəmizin mədəniyyətinin, tarixinin, memarlığının təbliğatıdır. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşaya getmə xəbəri hər bir azərbaycanlı tərəfindən yüksək sevinclə qarşılanır. Vətən müharibəsi başlanan gündən hörmətli Ərdoğan Azərbaycanın yanında olduğunu, hər cür hərbi-siyasi dəstəyin veriləcəyi barədə bəyanatlar səsləndirdi”.
Deputat bildirib ki, Rəcəb Tayyib Ərdoğan beynəlxalq səviyyədə Prezident İlham Əliyevə verdiyi dəstəklə əsl qardaşlıq nümunəsi göstərdi:
“Xalqımızın dostu olduğunu göstərdi. Hesab edirəm ki, Ərdoğanın səfəri tarixi xarakter daşıyır və geosiyasi baxımdan olduqca əhəmiyyətlidir. Türkiyənin güclü dövlət olaraq regional problemlərin həllində oynadığı rol ədalətli olmaqla bərabər, bəzi supergüclərin neytrallaşdırılması baxımından da əhəmiyyətlidir. Keçdiyimiz tarixi yol, son dövrlərin hadisələri bir daha sübut etdi ki, Türkiyə ilə Azərbaycanın əməkdaşlığı strateji xarakter daşıyır. Bakıda keçiriləcək oyunlarda qardaş ölkənin komandası iştirak edəcək və demək olar ki, öz evində çıxış edəcək. İki qardaş ölkənin Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Türkiyə komandasının oyunlarına birlikdə tamaşa etməsinin də rəmzi mənası var. Futbol həm də siyasətdir”.
Tural Turan
-
Kriminal22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
Nida Xəbər 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin120:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO
-
Nəqliyyat18:35
Metroda qatarlar gecikdi - SƏBƏB
-
Sosial17:43
Arutyunyan və Babayanın həbs müddəti uzadıldı
-
Sosial17:16
Bu icra başçıları çətin durumda - Qanunsuz sənədlər aşkarlandı