Koçaryanla əlaltıları cəhənnəmə vasil olmayıb... - Səfir
Bizi izləyin

Nida Təhlil

Koçaryanla əlaltıları cəhənnəmə vasil olmayıb... - Səfir

Koçaryan Azərbaycanı qıcıqlandırmamağı məsləhət görür və Vətən müharibəsinin başlanmasını görməmiş Paşinyanın sarsaq hərəkətləri ilə izah etməyə çalışır. Guya belə olmasaydı, danışıqlar hələ azı 30 il də davam edə bilərdi. Unudur ki, bir vaxtlar özü də sifətinə ağıllı ifadə verməyə çalışaraq ədalı şəkildə siyasət qrossmeysteri Heydər Əliyevə Cənubi Qafqazda yeni reallıq yarandığı və Azərbaycanın vəziyyətlə barışmaqdan başqa yolunun olmadığı haqda vəz edirdi.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev qeyd edib. Səfir bildirib ki, Koçaryan bu mənada Paşinyanla eyni bostanın tərəvəzidir:

"Sadəcə, o vaxtdan hazırlanan dəmir yumruq Paşinyanın və Koçaryan-Sarkisyan cütlüyünün yaman günə qoyduğu Ermənistan adlı psevdodövlətin başına bizim günlərdə endi. Və yaxşı ki, Koçaryanla əlaltıları cəhənnəmə vasil olmayıb özləri də bunu gördülər...

Erməni başbilənlərinin "dünya birliyinə" ünvanlanan müraciət, bəyanat, şikayət, yeni "genosid" təhlükəsi ilə bağlı xəbərdarlıq, yalvarış və s. xarakterli çığır-bağırlarını eşitmək xoşdur. Guya bununla nəyisə dəyişəcəklər... 30 illik təcrübəmizdən bu "janrların" hikmətinə biz yaxşı bələdik.

Ədalətin qarantı gücdür. Daha güclü olmalıyıq. Bir millət kimi hər an düşmənin başına enməyə hazır olan dəmir yumruğa çevrilməliyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm