Deputat: “Azərbaycan Ordusu yeni mərhələyə qədəm qoyub”
Bizi izləyin

Nida Təhlil

Deputat: “Azərbaycan Ordusu yeni mərhələyə qədəm qoyub”

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” ölkə başçısının sərəncamı dövlətimizin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir.

Bunu Publika.az-a millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlər təqdirəlayiqdir: “Azərbaycan Ordusuna, bu ordunun hər bir əsgər və zabitinə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı var. Ötən gün Vətən müharibəsində iştirak edən ordumuzun əsgər və zabitlərinin mükafatlandırılması bu fikri bir daha təsdiq edir. Eyni zamanda hərbi qulluqçuların əmək haqlarının artırılması, 70 mindən çox hərbçinin təltif olunması bir daha onu göstərir ki, ölkə rəhbərliyi ordumuza böyük diqqət və qayğı nümayiş etdirir”.

C.Məmmədov qeyd edib ki, ötən dövr ərzində hərbçilərin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun yenidən qurulması, maaşlarının və əlavələrin yüksəldilməsi istiqamətində uğurlu işlər görülüb: “Ötən illərdə davamlı olaraq hərbi qulluqçularımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu da ümumilikdə Azərbaycan Ordusunun yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm