Nida Təhlil
Ermənistanın bir yolu var - Ceyhun Məmmədov
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdü və oradan vacib mesajlar verdi. Dövlət başçısı bildirdi ki, biz şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi, qəbirləri, təhqir edilmiş məscidləri unuda bilmərik. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Prezident əvvəlki çıxışlarında da bu məsələyə toxunmuşdu. Ermənilər Azərbaycan xalqının başına bir çox müsibətlər gətirib, Xocalı soyqırımı kimi qanlı hadisələr törədiblər. Bu cür hadisələr çoxdur, biz Ağdaban, Daşaltı, Qaradağlı kimi faciələri qeyd edə bilərik. Ermənilər bizim bütün məscidlərimizi, dini abidələrimizi, qəbiristanlıqlarımızı dağıdıb.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, Prezidentin bunu deməkdə əsas məqsədi odur ki, Azərbaycan gəncliyi bunu heç zaman unutmamalıdır: “1905, 1918-ci ildəki hadisələrdən sovet dövründə bəhs edilmirdi. Bu səbəbdən də unudulurdu. Ona görə də biz bu faciələri XX əsrin sonlarında yenidən yaşadıq. Azərbaycan xalqı bir daha bu müsibətlərlə, faciələrlə üzləşdi. Bu səbəbdən də biz heç zaman keçmişimizi, xalqımızın başına gətirilən müsibətləri unutmamalıyıq”.
C.Məmmədov qeyd edib ki, azərbaycanlılarla olan düşmənçilik Ermənistana çox baha başa gəldi: “Ermənistan 30 il ərzində dövlət qura bilmədi, xaricdən asılı vəziyyətə düşdü və hazırda çox ağır durumdadır. Dövlət başçısının da dediyi kimi, indi onlar xarici dairələrdən, xaricdən gələn siyasi sifarişlərdən və hərbi yardımdan tam asılıdır. Düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı və ədalət özünü göstərdi. Onların yürütdüyü düşmənçilik və nifrət siyasəti sonunda Ermənistanın özünün cəzalandırılmasına səbəb oldu. Onlar düşünməli idi ki, ilahi ədalətlə bu məsələlər nə vaxtsa öz həllini tapacaq və ədalət zəfər çalacaq. Ermənilər 30 ilə yaxın müddətdə Qarabağda silahlara, texnikaya, səngərlərə xərclədiyi pulu öz daxili məsələlərinə xərcləyə bilərdi, ölkələrini inkişaf etdirə bilərdilər. Yəni bu gün Ermənistan bu qədər tənəzzülə uğramazdı”.
Deputat əlavə edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkib qonşuları ilə normal münasibət qursaydı, indikindən dəfələrlə yaxşı duruma gələ bilərdi: “Ermənistan bunu etmədiyinə görə, bu gün bunun acı nəticələrini yaşayır. Onlar ən azından bu gündən sonra bu hadisələrdən nəticə çıxarmalı, Azərbaycana qarşı hansısa revanşist əməllərə yol verməməli, təxribata əl atmamalıdır. Əgər bunu edərlərsə, cəzasını da çəkəcəklər. Nəticəsi də Ermənistan üçün çox ağır olacaq. Onlar gələcək barədə düşünməlidirlər. Ermənistanın yalnız bir yolu var ki, bu da bölgə ölkələri ilə sıx əməkdaşlıq etməkdir. Əgər Ermənistan bu əməkdaşlığı etməsə, çox ağır duruma düşəcəklər”.
Akqabay Mıradov
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?