Nida Təhlil
Türkiyə bu problemi təkbaşına həll edə bilməz - Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın Əfqanıstanı tərk etməsi fonunda bu ölkədə yaranan acınacaqlı durumu - Taliban rejiminin hakimiyyəti tamamilə ələ keçirməkdə olduğunu Moderator.az-a şərh edib:
"Əfqanıstanda insanların əksəriyyəti məsələlərə orta əsrlərdə olduğu kimi yanaşır. Hətta orta əsrlərdə Avropada insanlar müasir Əfqanıstanla müqayisədə daha mütərəqqi idi. Əfqanıstanda insanların böyük qisminin davranışının motivasiyasını şüur yox, daha çox digər canlılara xas olan qorxu instinkti təşkil edir. Ona görə inkişaf etmiş xalqların orada minimum standartlara cavab verən müasir dövlət qurmaq cəhdləri uğursuzluğa düçar olur. Məhz bu səbəbdən ABŞ da SSRİ kimi həmin ölkəni rüsvayçı məğlubiyyətlə tərk edir. Əsas səbəb olmasa da məğlubiyyətin digər səbəbi dünyanın və regionun böyük dövlətlərinin Əfqanıstan məsələsində ortaq məxrəcə gələ bilməməsidir. İnsanlıq tarixi öyrədir ki, Talibana qalib gəlməyin tək yolu Əfqanıstanda "taliban"dan daha sərt və amansız bir rejimin qurulması ilə mümkün idi.Talibanı tamamilə məhv etdikdən sonra rejimi yumşaltmaq olardı. NATO üzrə müttəfiq dövlətlər isə orada nəzarəti ələ keçirdikləri ilk gündən xalqın sosial inkişaf səviyyəsini və mentaliteti nəzərə almadan demokratik rejim qurmağa cəhd etməklə həm özlərini iflasa məhkum etdilər, həm də əfqan xalqını növbəti dəfə böyük mərhumiyyətlərlə üz-üzə qoydular. Mentalitetin dəyişməsi üçün isə ən azı iki nəsil dəyişməlidir.
Mənim fikrimcə, NATO-nun həll edə bilmədiyi problemi Türkiyə təkbaşına həll edə bilməz. İlk növbədə böyük maliyyə resusları lazımdır ki, bu da Türkiyənin imkanları xaricindədir. Qərb maliyyə dəstəyi boyun ola bilər, amma Suriya qaçqınlarına kömək məsələsində olduğu kimi verilən sözün tutulacağı az inandırıcıdır. Ona görə Türkiyə də, Azərbaycan da Əfqanıstanı tərk etməlidir. Əfqanları buraxmaq lazımdır təbii inkişaf yolu ilə getsin. Sivil dünya taliban rejimi ilə əməkdaşlıq edib onlara kənardan təsir etməklə onun insani xarakter almasına kömək etməlidir. Zamanı qabaqlamaq cəhdi heç də həmişə uğur vəd etmir".
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO