İlham Əliyevin çıxışı tariximizə qızıl hərflərlə yazılacaq - Şərh
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevin çıxışı tariximizə qızıl hərflərlə yazılacaq - Şərh

Prezident İlham Əliyev artıq neçənci dəfədir ki, Zəngəzur haqqında mesajlar verir. Amma son açıqlaması digərlərindən fərqlənir. Ölkə başçısı sözün əsl mənasında real həqiqətləri əks etdirən bir çıxış etdi.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı tariximizə qızıl hərflərlə yazılacaq: “Çünki bu məsələni indiyə qədər belə rəsmi şəkildə heç kəs bəyan etməyib. Cənab İlham Əliyev oranın qədim Azərbaycan torpağı olduğunu çox açıq şəkildə bildirib və neçə yüzillər boyu xalqımızın burada yaşadığını qeyd edib. Ermənilər həmin ərazidəki vətəndaşlarımızı zorla çıxarıblar və onlara qarşı soyqırımı törədiblər. Bu məsələ siyasi səviyyədə ilk dəfə səsləndirildi. Erməni mətbuatı yazır ki, Azərbaycan onlara qarşı ərazi iddiası irəli sürür, ancaq Ermənistan özü Türkiyəyə qarşı iddia irəli sürür. Biz isə cəsarətli şəkildə deyirik ki, xalqımız o torpaqlarda əsrlər boyu yaşayıb. İndi bizim əsas məqsədlərimizdən biri odur ki, xalqımız o torpaqlara qayıtsın”.

Q.Hüseynli bildirib ki, bu cür məsələləri aktuallaşdırıb Ermənistanın qondarma bir dövlət olduğunu hər kəsə göstərməliyik: “Bu, həm də xarici dairələrə bir mesaj idi. Biz bu torpaqların əsas sahibləriyik, ermənilər isə üçüncü bir dövlət tərəfindən torpaqlarımıza yerləşdirilib. 100 il bundan əvvəl ermənilər vətəndaşlarımıza zorakılıq tətbiq edərək o torpaqlardan çıxarıb. İndi həmin insanlar ata-baba torpaqlarına qayıtmaq istəyirlər. Ermənistan Xankəndidən olan vətəndaşlarını oraya qaytarmaq istəyirsə, biz də qədim torpağımız olan Zəngəzur, Göyçə və İrəvana geri dönmək istəyirik. Prezident İlham Əliyevin bu çıxışı bir çox məsələlərə təkan verdi. Həmin torpaqda yaşamış insanlar beynəlxalq qurumlar qarşısında bu məsələni qaldırmalıdır. Öz daxilimizdə də bu torpaqlar haqda elmi araşdırmaların sayı çoxalmalıdır. Ermənilərin iddiaları yalanlardan ibarətdir, ancaq bizim istəklərimiz və iddialarımız tarixi faktlara söykənir”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm