Rusiya Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilir - Şərh
Bizi izləyin

Nida Təhlil

Rusiya Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilir - Şərh

"Ermənilər hər zamankı kimi vəziyyəti gərginləşdirirlər. Əsasən Kəlbəcər və Naxçıvan bölgələri ətrafında atəşkəsi pozurlar".

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Ermənistan öz çirkin əməllərindən əl çəkmir:

"Ermənistan Qarabağın statusu ilə bağlı sərsəm bəyanatlar səsləndirir və sülh danışıqlarını yubadır. Son zamanlar isə sərhəddə təxribatlar törədərək yeni münaqişə yaratmaq fikrindədirlər. Ermənilər hər vasitə ilə dünya ictimai rəyini cəlb etmək istəyirlər. Özlərini təcavüzə məruz qalmış dövlət kimi göstərmək üçün bu cür lokal toqquşmalar yaradırlar. Nikol Paşinyan Rusiya ilə danışıqlar apararaq istəyir ki, Ermənistan sərhədini rus qoşunları qorusun. 2 gün əvvəl Rusiya Müdafiə Nazirliyinə tabe olan qoşun hissələri Göyçə mahalının Yuxarı Şorca kəndinə gəliblər və orada müşahidələr aparıblar. Belə qənaətə gəlmək olar ki, Rusiya MN-ə tabe olan qüvvələrin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi barədə düşüncələr var və Rusiya Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilir. Ermənistan Fransa və Avropa İttifaqından öz "təhlükəsizliyinin" təmin edilməsi üçün yardım istəyir".

Q.Hüseynli bildirib ki, ermənilər bəzi nöqtələrdə Azərbaycan ərazisinə 10 kilometrə qədər daxil olublar:

"Azərbaycan Ordusunun onları bu ərazilərdən çıxarmasını isə ermənilər təcavüz adlandırırlar və dünyaya bü cür səs salırlar. Rus qoşunlarının sərhədə gəlməsi bölgədə tarazlığın pozulmasına gətirib çıxara bilər. Rusiya sülhməramlıları Qarabağ bölgəsində Azərbaycan qoşunları ilə ermənilərin arasında yerləşdirildi. Məhz bu səbəbdən Ermənistan ordusunun 11 minə yaxın əsgəri hələ də bu bölgədə qalmağa davam edir. Sülhməramlılar üzərlərinə düşən öhdəlikləri icra edə bilməyiblər. Rusiya ordusunun sərhəddə yerləşdirilməsi demarkasiya və delimitasiya işlərini xeyli yubadacaq. Ermənilərin xeyrinə olan təkliflər irəli sürəcəklər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Paşinyan və onun komandasını ruhlandıran müəyyən dövlətlər var. Belə olduğu halda bölgədə sülhü təmin etmək xeyli çətin hal alır".

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm