Nida Təhlil
Əgər Ermənistan yenidən təxribatlara əl atsa... - Prezidentdən QƏTİ MÖVQE
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər və Laçın rayonlarında səfərdə olublar. Səfər zamanı bir sıra yeni layihələrin təməli qoyulub. Prezident arıçılıq təsərrüfatları ilə tanış olub, onlarla söhbət edib. Səfər bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır.
Publika.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov qeyd edib.
O bildirib ki, ermənilər danışıqlar zamanı israrla Laçın və Kəlbəcəri Azərbaycana verməməyə çalışırdılar: "Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyətli mövqeyi və Azərbaycan ordusunun rəşadəti nəticəsində digər rayonlarımız kimi Kəlbəcər və Laçın da işğaldan azad olundu. Vaxt var idi ermənilər Kəlbəcər və Laçına səfərlər təşkil edir, bunu sosial şəbəkələrdə paylaşır və Azərbaycan xalqını qıcıqlandırmağa çalışırdılar. Artıq digər rayonlarımız kimi, Kəlbəcər və Laçın da bizimdir və əbədi olaraq bizim olacaq.
Bu, həm də Ermənistana və onun havadarlarına bir mesajdır ki, xam xəyallara düşməyin. Artıq 90-cı illərin əvvəlləri deyil. Azərbaycan xalqı bir daha heç zaman ermənilərin torpaqlarımızın işğalına cəhd etməyə belə imkan verməyəcək. Ermənistan bilməlidir ki, onun bir yolu var, o da sakit-dinməz sülh sazişini imzalamaq.
Ermənistan müharibə etmək istəyirsə, Azərbaycan buna da hazırdır. Əgər Ermənistan yenidən təxribatlara davam etsə, bunun vəbalı çox ağır olacaq və Ermənistan daha ağır duruma düşəcək. 44 günlük müharibə zamanı baş verənləri ermənilər unutmamalıdırlar.
Səfərdə digər mesaj Azərbaycanın qısa müddətdə işğaldan azad etdiyi ərazilərdə yüksək quruculuq işlərinə başlaması və bölgəni dünyanın ən abad və gözəl məkanlarından birinə çevirmək niyyətidir. Artıq yolun çəkilməsinə başlanılıb, su elektrik stansiyaları bərpa olunur. Yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdə yeni kənd və qəsəbələrin salınmasına başlanılacaq".
Akqabay
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO