Nida Təhlil
Ərdoğan-Putin görüşündən GÖZLƏNTİLƏR
“Rusiya-Türkiyə əlaqələri çox genişdir və onların içində bəzi mövzular müzakirə olunub öz həllini tapacaq. Onların arasında olan əməkdaşlığın özünəməxsus xüsusiyyətləri var”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov sentyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının rəhbəri Vladimir Putin arasında baş tutacaq görüşlə bağlı deyib.
Politoloq qeyd edib ki, Rusiya ilə Türkiyənin maraqlarının toqquşması mümükündür: “Hər iki dövlət başçısı kifayət qədər təcrübəyə malikdir. Bu görüşdən sonra bir çox mövzular öz həllini tapacaq. Həmin görüşdə dəhlizlər məsələsi də müzakirə olunacaq, çünki bu mövzu Azərbaycan və Türkiyə üçün çox önəmlidir. Dəhlizlər məsələsində Azərbaycan və Türkiyə öz mövqeylərini hər kəsə bildiriblər. Zəngəzur dəhlizi məsələsi gündəmdə olacaq. Həmin dəhlizin təhlükəsizliyini Laçında olduğu kimi Rusiya hərbiçiləri təmin etməlidir”.
T.Zülfüqarov vurğulayıb ki, ölkə başçıları Qarabağda hazırki vəziyyətlə bağlı danışıqlar apara bilər: “Rusiya sülhməramlıları təhlükəsizlik mövzuları ilə məşğul olmalıdır. Monitorinq mərkəzi vasitəsi ilə atəşkəsə nəzarət ediləcək. İqtisadi mühitin qorunması ilə bağlı danışıqlar aparıla bilər. Ümumi olaraq terrorçu dəstələrin Azərbaycanın torpaqlarından çıxarılmasının vacibliyi yenidən vurğulanacaq. İstənilən ölkənin vətəndaşının qeyri-qanuni yollarla Azərbaycan torpağına daxil olması yol verilməzdir. Yəni bu məsələlərin hər biri öz həllini tapacaq. Bölgədə sabitliyin bərqərar olması məqsədi ilə Azərbaycanla Ermənsitan arasında olacaq sülh müqaviləsi haqqında müzakirələr gedə bilər”.
Rahib Ələsgərov
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi