Nida Təhlil
Ordumuz şəhid verdi: Bakıdan anti-terror əməliyyatının ANONSU
Qarabağda erməni terrorçuların hücumu nəticəsində Ordumuz şəhid verib.
Müdafiə Nazirliyinin rəsmi məlumatında üç mühüm məqam var:
Birincisi, hücum ermənilərin terror aktı kimi qeyd olunur: bu, anti-terror əməliyyatına əsas yaradır;
İkincisi, Rusiyaya mesaj verilir: terror hücumu rus sülhməramlılarının fəaliyyətinə kölgə salır;
Üçüncüsü, anti-terror əməliyyatının keçirildiyinə, yaxud hazırlığına işarə edilir:
- “Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir” qeydi bu ehtimalı gücləndirir;
- istisna deyil ki, terrorçulara qarşı cavab addımı atılıb, yaxud atılması istiqamətində hərəkətə keçilib;
- bunu hadisələrin inkişafında biləcəyik, “qəti addımlar bundan sonra da davam etdiriləcək” qeydi xüsusilə diqqət çəkir;
Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını ön plana çıxardı. Və burada diqqətçəkən məqamlardan biri də erməni qoşunlarının səssiz çıxarılmasının Moskvaya da sərf etmədiyidir: anti-terror əməliyyatı siyasi baxımdan bütün tərəflər üçün yeganə çıxış yolu kimi görünür;
MN-nin rəsmi məlumatının mətnini Bakının son xəbərdarlığı hesab etmək olar.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu