Paşinyan manipulyasiya edir - Deputat
Bizi izləyin

Nida Təhlil

Paşinyan manipulyasiya edir - Deputat

Cənab Prezident MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən konfransında müharibənin sona çatmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritələrini bizə verməməsini bir daha qeyd etdi. Həm də verilmiş xəritələrin dəqiqliyinin 25%-ə qədər olduğunu diqqətə çatdırdı.

Cenevrə Konvensiyasına görə, müharibə başa çatandan sonra insanların həyatına təhlükə yaradan minalanmış ərazilərin xəritələrini tərəflərin bir-birinə verməsi tələb olunur. Təəssüf ki, Ermənistan həmişə olduğu kimi beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymur və humanitar terroru davam etdirir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, postmüharibə dövründə 150-dək azərbaycanlı minalara düşərək ya həlak olub, ya da sağlamlıqlarını itirib: "O cümlədən öz peşə funksiyasını icra edən jurnalistlərimiz də minaya düşərək şəhid olublar. Ermənilərin bu özbaşınalıqları yolverilməzdir və beynəlxalq hüquqa ziddir. O cümlədən dünyaya səs salan Sərhədsiz Repartyorlar təşkilatı da bu məsələnin üstündən susqunluqla keçib. Paşinyan öz çıxışında yenə sərsəmləyərək minalanmış ərazilərin xəritələrini əsirlərlə dəyişməyə hazır olduğunu bildirib.

Cənab Prezident hərbi əsir məsələsinə aydınlıq gətirməsinə baxmayaraq, Paşinyanın bu məsələni yenidən gündəmə gətirməsi vəziyyəti manipulyasiya etmək məqsədi daşıyır. Çünki 10 noyabrda üçtərəfli bəyanat imzalananda tərəflər əsir və girovlar haqqında bütün məlumatları açıqlayıb və mübadilə aparılıb. Həbs olunan diversantlar bu məsələlər başa çatandan 2 həftə sonra məqsədli şəkildə Azərbaycan ərazisinə göndərilmiş cinayətkarlardır. Onlar heç bir şəkildə hərbi əsir hesab oluna bilməz və törətdikləri cinayətlərinə görə Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırıblar. Minalanmış ərazilərin xəritələrinə gələnincə, Ermənistanın verdiyi xəritələrin dəqiqliyi 25%-ə yaxın olduğu halda verəcəkləri xəritələrdə nələrin qeyd olunacağı məlum deyil. Amma bütün bunlara baxmayaraq, Azərbaycan minalanmış xəritələrinin alınması üçün beynəlxalq təşkilatlara müraciət edir və Ermənistanın teror mahiyətini bütün dünyaya çatdırır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm