Bu, baş versə, uzunmüddətli sülhə nail olacağıq - Həmzəyev
Bizi izləyin

Nida Təhlil

Bu, baş versə, uzunmüddətli sülhə nail olacağıq - Həmzəyev

"MDB Dövlət Başçılarının Şurasında cənab Prezident İlham Əliyevin çıxışı çox maraqla dinlənildi. Çıxış zamanı bir çox mətləblərə aydınlıq gətirildi. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın da çıxışında bir çox məsələlərə cavab tapmış olduq".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Naqif Həmzəyev bildirib ki, xüsusilə cənab Prezident İlham Əliyevin post-münaqişə dönəmində gördüyü işlər, ölkəmizin öz mövqeyindən çəkilməməsi, həmişə eyni mövqeyi səsləndirməyimiz onu deməyə imkan verir ki, biz bu müddət ərzində düz yolda olmuşuq:

"Azərbaycan Prezidenti haqlı olaraq ermənilərin hələ də işğaldan azad olunmuş ərazilərin mina xəritələrinin verməməsini xüsusi olaraq qeyd etdi. Qarşı tərəf bu xəritələri mütləq təqdim etməlidir. Əks təqdirdə, bu Ermənistanın hərbi cinayətləri davam etdirməsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, cənab Prezident 44 günlük Vətən Müharibəsində əldə edilmiş zəfər və əldə edilmiş uzunmüddətli sülhlə, əmin-amanlığa nail olmaq üçün qarşı tərəflə razılığa gəlmək, Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərin tanınması, sülh danışıqları ilə bağlı təkliflə çıxış etdi. Bu çıxışda yer alan fikirlərin çox böyük və düzgün addım olduğu bir daha özünü göstərir".

Deputat qeyd edib ki, Nikol Paşinyanın çıxışında da kommunikasiya xəttlərinin işə düşməsi, xüsusilə Ermənistanın Azərbaycan ərazisindən istifadə etməklə Rusiya və İranla dəmir yolu xətlərinin işə salınması, Azərbaycanın da dəmiryolu və avtomobil yolu vasitəsilə Naxçıvanla əlaqə yarada bilməsini vurğudı:

"Nikol Paşinyanın bu çıxışındakı məqamlar onu göstərir ki, artıq Azərbaycanın təklifləri Ermənistan tərəfindən də dəstəklənir. Bütün bunlar onu deməyə imkan verir ki, Ermənistan da götürdüyü öhdəliklərə və regionda davamlı sülhə nail olmaq ümün real addımlar atmağa hazırlaşır. Faktiki olaraq Azərbaycan bu gün Qarabağda yenidəqurma və quruculuq işlərini uğurla həyata keçirir. Düşünürəm ki, ən qısa zamanda kommunikasiya xəttlərinin açılması ilə regiondakı bütün xalqların rifahının yaxşılaşmasına nail ola biləcəyik. Mən bir daha əminliklə deyirəm ki, möhtərəm cənab prezidentin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət öz məntiqi nəticəsini verməkdədir. Tezliklə biz həm Qarabağa, Şərqi Zəngəzura qayıdış proqramını uğurla həyata keçirəcəyik, həm də regionda kommunikasiya xəttlərinin açılmasının şahidi olacağıq. Zəngəzur dəhlizinin işə düşməsi ilə bütün region dövlətləri bundan faydalanacaq. Belə olacağı təqdirdə biz regionda uzunmüddətli sülhə nail ola biləcəyik".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm