Əliyevin qeyri-bərabər müharibəyə hazırıq mesajı kimlərə idi?
Bizi izləyin

Nida Təhlil

Əliyevin qeyri-bərabər müharibəyə hazırıq mesajı kimlərə idi?

Prezident İlham Əliyev Füzuliyə səfərində çıxışının bir hissəsi xüsusilə diqqət çəkdi: müstəqilliyimiz üçün qeyri-bərabər müharibəyə hazırıq.

- Müharibədən sonra da Azərbaycanı hədələyənlər var;
- Azərbaycan müstəqilliyi uğrunda qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə və ölümə getməyə də hazırdır;

Əsas motiv bu iki punktdur və Əliyevin burada siyasi rotirikaya baş vurduğu ehtimalı çox azdır, xüsusilə regional proseslər fonunda.

Bölgədə Azərbaycanın müstəqilliyini təhdid edə biləcək və güc balansına görə qeyri-bərabər olduğumuz iki ölkə var: Rusiya və İran;

Rusiya Qarabağda – Azərbaycan sərhədləri daxilində hərbi qüvvəyə malikdir və anlaşmaya görə 2025-ci ilə qədər qalacaq da. Rusların Qarabağda daha uzunmüddətli qalmaq istəkləri fonunda Əliyevin mesajının ünvanından biri Moskvadır: lakin bölgədə Türkiyə-Rusiya tandemini və 2025-ci ildə rusların çıxarılma perspektivini nəzərə alsaq, birinci ünvanın ruslar olmadığını deyə bilərik; perspektiv imkanlar və diplomatik yollar tükənmədiyi halda Bakının indidən Moskvanı hədəfə alacağı ehtimalı daha azdır;

Cənubdan gələn təhdidlər əsas ünvanın Tehran olduğunu göstərir: İranın dini-siyasi-hərbi rəhbərliyinin leksiokunu kifayət qədər açıq və aqressivdir.

Lakin Prezidentin bunu açıq şəkildə dilə gətirməsi iki mümkün versiyanı önə çıxarır:

Birincisi, Tehran Bakını kulis danışıqlarında diplomatik etiketdən uzaq formada təhdid edib. Ki, mollalar bunu gizlətmidlər də;

İkincisi, Bakı Tehranın alternativ variant kimi müdaxilə planının olduğu haqqında məlumatlıdır;

Və mümkün ssenarilərdən xəbərdar olan Əliyev qeyri-bərabər savaşa rəğmən, müstəqilliyimizi güzəştə getməyəcəyimizin mesajını verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm