• USD 1,7000 0,00% EUR 1,9172 +0,50%
    • GBP 2,2670 +0,23% RUB 0,0227 +0,88%

Azərbaycan gücünü bir daha dünyaya göstərdi - Politoloq

Azərbaycan gücünü bir daha dünyaya göstərdi - Politoloq

“Azərbaycan bölgədə söz sahibi olan ölkələrdən biridir və proseslərə müdaxilə edib yön verməyə qadir bir dövlətdir. Türkiyə-Azərbaycan birliyi bölgədə olan proseslərin daha sürətlə dəyişməsinə və sülhün yaranmasına çox böyük dəstək verəcək”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi Türkiyə Prezidentini rəsmi protokol qaydalarına uyğun olaraq qarşılayıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçüncü dəfədir ki, Azərbaycana gəlir. Türkiyə Prezidenti gəldiyi zaman hərbi orkestrin hər iki ölkənin himnini ifa etməsi və qarşılama mərasiminin bütün atributlarına riayət edilməsi heyrət doğurucu biri hadisə idi. Ağalı kəndində qurucluq işləri sürətlə davam edir və bəzi binaların tikintisi başa çatıb. Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Ağalı kəndində aparılan quruculuq işləri bütövlükdə Zəngilan rayonunun böyük gələcəyindən xəbər verir”.

Q.Hüseynli vurğulayıb ki, ümumi olaraq Qarabağda aparılan işlər Azərbaycanın gücünü bir daha göz önünə sərir: “Ərdoğan bildirdi ki, o, sonuncu dəfə 3 ay əvvəl Qarabağa gəlib və bu müddət ərzində aparılan quruculuq işləri hər kəsi heyrətə gətirir. O, İlham Əliyevin Qarabağda aprılan quruculuq işlərinə ustalıqla rəhbərlik etdiyini və Azərbaycanın bölgəyə olan diqqətini bu şəkildə bildirib. Hər iki ölkə Prezidenti Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirak etdi. Bu yolun uzunluğu 132,5 kilometrdir və Ermənistan sərhəddində qədər uzanır. Həmin ərazidə 4 tunel istifadəyə veriləcək və bunlardan artıq üçü hazır vəziyyətə gətirilib, digərinin isə inşası davam edir. Çox qısa zamanda bu cür yolların hazır olması bölgənin həyatı üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə başçısı tərəfindən Ağalı kəndində Aqroparkın bünövrəsi atıldı. Ümumi olaraq bu ərazidə aparılan işlər bunu deməyə əsa verir ki, böyük qayıdış yaxın zamanlarda başlayacaq. Erməni jurnalist yazmışdı ki, Azərbaycan quruculuq işləri aparır, Ermənistan isə paxıllıqdan dırnaqlarını çeynəyir. Azərbaycan çox qısa müddətdə apardığı quruculuq işləri ilə bütüm dünyaya öz gücünü göstərdi”.

Rahib Ələsəgərov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR