Nida Təhlil
Bayden Ərdoğanı inandırmağa çalışdı ki... - SENSASİON İDDİA
“ABŞ Prezidenti Bayden Romada görüşdüyü türk həmkarı Ərdoğana Türkiyə ilə münasibətləri yaxşılaşdıracağı sözünü verib”.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu türk siyasi ekspert Məhmət Acət deyib.
“Görüşün ikitərəfli münasibətlərdəki problemlərin müzakirə olunduğu hissəsində Co Bayden hakimiyyət müddəti ərzində Türkiyə ilə əlaqələri yenidən yoluna qoyacağına söz verdikdən sonra çox maraqlı bir cümlə işlətdi: Son 7 ildə prezident kürsüsündə otursaydım, bu problemlərin heç biri olmazdı”, - ekspert bildirib.
Acət qeyd edib ki, Bayden son 7 ildə təkcə Donald Tramp dövrünü yox, həm də özünün vaxtilə müavini olduğu Barak Obamanın ikinci hakimiyyət dönəmini də xatırladıb:
“ABŞ-ın hazırkı prezidentinin təkcə Trampı deyil, həm də münasibətlərin pisləşməsinə səbəb olanlardan biri kimi Obamanı nəzərdə tutması olduqca maraqlıdır.
Beləliklə, Bayden 15 iyul çevriliş cəhdi də daxil olmaqla, Türkiyə-Amerika münasibətlərini ciddi şəkildə zəhərləyən bir çox anti-demokratik təşəbbüslərdə günahkar olmadığına Ərdoğanı inandırmaq istədi.
2019-cu ilin sonunda “New York Times” qəzetinin redaktorları ilə söhbət edərkən, müxalifətlə əməkdaşlıq edərək Ərdoğanı devirəcəyinə söz verən birinin bunu dediyini düşünmək “nə qədər inandırıcıdır” sualını doğurur. Amma yanaşma həmsöhbətinin etimadını qazanmaq baxımından yaxşı taktikadır”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR