Ermənilər bölgədə yeni bir müharibənin yaranması üçün çalışır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənilər bölgədə yeni bir müharibənin yaranması üçün çalışır - Politoloq

“Ermənistan bölgədə sülhün olmasını istəmir və danışıqlar prosesindən kənara çəkilib. Ermənistan ordusu Azərbaycanla sərhəd bölgələrdə müxtəlif təxribatlar törədir. Nikol Paşinyan və Ermənistan hakimiyyəti son olanlara reaksiya vermirsə, deməli, sərhəddə baş verən hadisələr birbaşa onlarla bağlıdır”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Ermənistan özü üçün çox təhlükəli bir vəziyyət yaradıb: “Ermənistan həm Azərbaycanla sülh danışıqları aparmaqdan yayınır, həm də sərhəd boyu təxribatlar törədir. Yəni onların məqsədi hərbi qarşıdurma yaradıb digər böyük dövlətləri bu məsələyə qatmaqdır. Ermənilər bölgədə yeni bir müharibənin yaranması üçün çalışır. Ancaq bu cür təxribatlar törətməyə davam edərlərsə, Azərbaycan Ordusu onlara daha sərt cavab verəcək”.

Q.Hüseynli vurğulayıb ki, moderator rolunu oynamaq istəyən Rusiyanın bu hadisələrə səsini çıxarmaması təəccüb yaradır: “Rusiya Ermənistanın təxribat yaratmasına göz yumaraq öz dəstəyini bu cür göstərir. Azərbaycan Rusiya ilə yüksək səviyyədə danışıqlar aparıb, onun mövqeyini müəyyənləşdirməliyik. Yəni bu məsələ elə həll olunmalıdır ki, Ermənistan tərəfi bu cür insidentlər törədərək arxayınlaşmasın. Çünki onlar belə hadisələr törətməklə özləri üçün vaxt qazanırlar. Azərbaycan Ordusu anti-terror əməliyyatı istiqamətində ciddi təlimlər keçir. Bu da o deməkdir ki, ordumuz anti-terror əməliyyatları keçirməyə tam hazırdır. Azərbaycan Rusiya ilə danışıqların nəticəsinə uyğun olaraq öz yolunu seçməlidir. İndiki şəraitdə bu yol ermənilərə yeni bir dərs verməkdir”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm