Bu, ermənilərin arzularını puç etdi - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, ermənilərin arzularını puç etdi - Deputat

"Aşqabad səfəri çərçivəsində cənab Prezident bir sıra görüşlər keçirdi. İran prezidenti ilə baş tutmuş görüşü xüsusilə qeyd etmək istəyirəm. Çünki, bu görüş prezidentlərin ilk görüşü idi. İran prezidenti ilə dövlət başçımızın görüşü bir çox məsələlərə aydınlıq gətirmiş oldu. İlk növbədə Ermənistan çalışırdı ki, İranla Azərbaycan arasındakı münasibətlərə kölgə salsın və ondan öz məqsıədləri üçün istifadə etsinlər. Amma bu görüşdə ölkələrimiz arasındakı münasibətlərin ancaq qonşuluq münasibətləri ilə kifayətlənmədiyini, həm də tarixi köklələrə əsaslanmış mədəni, dini və qardaşlıq bağlarının olduğunu prezidentlər xüsusilə qeyd etdilər".

Bunu Publika.az-a açıqlamasında Azərbaycan və İran prezidentlərinin Aşqabadda baş tutan görüşünü şərh edərkən Milli Məclisin deputatı Azər Badamov deyib.

Azər Badamovun sözlərinə görə, təbii ki, bu görüşü Ermənistanda daha maraqla izləyirdilər:

"Bu görüş həmin ermənilərin İranla bağlı arzularının puç olması deməkdir. Həm də görüş çərçivəsində Türkmənistan qazının İran üzərindən Azərbaycana tranzit nəql edilməsi ilə bağlı razılıq sənədini imzaladılar. Azərbaycan-Rusiya-İran enerji qovşağının yaradılması məsələsi müzakirə olundu. Zəngəzur dəhlizinin əhəmiyyətindən və birgə istifadə imkanlarından danışıldı. Türkmənistan qazı Cənub Qaz Dəhlizinin əhəmiyyətini və aktuallığını artırır. Ona görə ki, Cənub Qaz Dəhlizi vasitəsilə qazın Avropaya nəql olunması həm Türkmənistan, həm də Avropa üçün yeni mənbə və bazar deməkdir. Ümumuiyyətlə, qeyd etmək istəyirəm ki, cənab Prezidentin Aşqabada səfəri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə siyasi və iqtisadi münasibətlərimizin daha möhkəmlənməsi baxımından çox vacib və səmərəli oldu".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm