Nida Təhlil
Əliyevlə Paşinyanın Münhen dueli: Makron hansı gedişi edə bilər?
17-19 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Əliyevlə Paşinyanın da iştirakı gözlənilir. Bu, ikitərəfli görüşün və növbəti debatın keçirilə biləcəyi məsələsini də gündəmə gətirir.
44 günlük müharibədən öncə - 2020-ci ilin fevralında Münhendə tərəflərin debatı təşkil olunmuşdu. Əliyevin açıq üstünlüyü və Paşinyanın məşhur “kokeyşn büro” söhbəti ilə yadda qalan debat həm də Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq ictimaiyyət önündə ilk açıq müzakirəsi idi. Həmin vaxt Bakı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından debatda maraqlı tərəf idi. İndi isə “Qarabağdakı ermənilər “humanitar fəlakət”lə üzləşib” iddialarını yaymaq baxımından Ermənistan debatın təşkilini istəyə bilər. Hərçənd, Əliyevlə üz-üzə gələrsə, Paşinyanın yenidən çətin vəziyyətə düşməsi qaçılmaz olacaq.
Münhendə Əliyevlə Paşinyanın ikitərəfli görüşünün keçirilməsində maraqlı tərəf isə Fransadır. Mümkündür ki, Makron belə bir görüşün baş tutması ilə “vasitəçiliyi”ni bərpa etməyə və Fransanın Cənubi Qafqazda aktiv rol oynadığını nümayiş etdirməyə çalışacaq. Türkiyə (zəlzələyə görə) və Rusiyanın liderlər səviyyəsində iştirak etməyəcəyi Münhün özünü göstərmək baxımından da Makron üçün fürsətdir. Lakin belə bir görüşün baş tutub-tutmayacağında həlledici sözü yenə Əliyev deyəcək.
Asif Nərimanlı
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ