Nida Təhlil
Ermənistanın ziqzaq davranışı - Paşinyan hansı geopolitik dəyişikliyə ümid edir? - VİDEO

Prezident İlham Əliyev Laçındakı çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətləri və Qarabağdakı terrorçu-separatçı qurumla bağlı tamamilə aydın mövqe sərgilədi. Ölkə başçısının Ermənistanla münasibətlərin nizamlanması yönündə nitqində konkret olaraq sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və Ermənistan ordusunun Qarabağda qalmaqda olan qalıqlarının çıxarılması kimi məsələlərin vacibliyi qeyd edildi. Vurğulandı ki, bütün bu məsələlərin çözümü hər iki tərəf, xüsusən də, Ermənistan üçün faydalı ola bilər. Lakin biz Ermənistan hakimiyyətinin konstruktiv mövqe sərgiləməkdənsə, ziqzaq davranışlarını müşahidə etməkdəyik.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq bildirib ki, Ermənistanın sülh prosesini ləngitməsinin arxasında onun ümid etdiyi və "xeyir" güddüyü hansısa geopolitik dəyişikliklər dayanır:
"Məlum olduğu kimi, Türk dünyası son günlər böyük bir qələbənin sevincini yaşayır. Belə ki, cənab Rəcəb Tayyib Ərdoğan yenidən öz xalqının səslərini qazanaraq, Türkiyənin prezidenti seçildi. Düşünürəm ki, bu qalibiyyət seçkilərin nəticələrini başqa cür proqnozlaşdıranlar, o cümlədən də, Nikol Paşinyan üçün məyusedici oldu. Eyni zamanda, bu gün davam edən Rusiya-Ukrayna savaşında rusların açıq qələbəsinin mümkünsüzlüyü erməniləri üzən daha bir mühüm faktordur. Bu iki amilin Ermənistanın xəyallarını puç etdiyini söyləsək, yanılmarıq.
Xatırlayırsınızsa, martın 1-də Xocalı şəhərində Azərbaycan nümayəndə heyəti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndələri arasında görüş keçirildi. Bundan əlavə, Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndələri görüş üçün iki dəfə Bakıya dəvət edildi. Lakin onlar bu görüşlərdən imtina etdi. Reallıq budur ki, Azərbaycan tərəfi qan tökülməsini istəmir, ona görə problemlərin diplomatik yolla həlli üçün addımlar atır. Amma bizim də səbrimizin bir həddi var. Azərbaycan Prezidentinin Laçından separatçılara göndərdiyi son mesaj da əvvəlkilərdən daha kəskin oldu. Separatçılar bunu dərk etməlidir ki, əgər onlara güzəşt olunmasını istəyirlərsə, Azərbaycan qanunlarına tabe olmalıdırlar".
O.Qasımov onu da vurğulayıb ki, separatçı quldur dəstə sülhdən yayınaraq, təxribatçı əməllərini davam etdirərsə, onlara veriləcək cavab çox ağır olacaq:
"Ordumuz tərəfindən "Nöqtə əməliyyatı" və gərəkən digər genişmiqyaslı antiterror tədbirləri gerçəkləşdiriləcək: "Təbii ki, bu halda ölkəmiz müəyyən xarici dövlətlərin həqiqətdən kənar reaksiyalarına məruz qala bilər. Lakin bu, Azərbaycanın mövqeyini dəyişə, onun haqq işini dayandıra bilməz. Terrorçu qruplaşmaların zərərsizləşdirilməsi hər bir dövlətin daxili məsələsidir".
Mehti Kamiloğlu

-
Nida Xəbər 09:30
Qənirə Paşayevanın son durumu açıqlandı
-
Nida Xəbər 09:12
Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto
-
ABŞ08:00
Trampın “ölüm cəzası” bəyanatlarına CAVAB
-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR
-
Nida Xəbər 07:00
Şəhid anası Şuşadan oğlunun məzarına görün nə gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya05:45
Özbəkistanda dəhşətli partlayış - YENİLƏNDİ/ VİDEO