Nida Təhlil
Erməni vandalizminin qurbanı: Dərin qatlarında hələ də Azərbaycan izlərini saxlayan İRƏVAN - MÜSAHİBƏ
İrəvan Qərbi Azərbaycanın mədəniyyət mərkəzi olub. Bu şəhərin tarixi eramızdan əvvəl 8-ci əsrdə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri olub. İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoyublar.
Mövzu ilə bağlı Publika.az AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovla söhbətləşib.
“İrəvan torpaqları onların olmadığı halda yalan və saxtakarlıqla öz adlarına keçirməyə çalışıblar”
İrəvanın tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Biz tarixçilərin Qərbi Azərbaycan ərazisində tədqiqat aparmaq şansımız olmayıb. Orada keçmiş SSRİ-nin Elmlər Akademiyasının alimləri araşdırmalar aparıblar. Bu zaman çoxlu saxtalaşmalar olub. İrəvan torpaqları onların olmadığı halda yalan və saxtakarlıqla öz adlarına keçirməyə çalışıblar. İstər arxeoloji, istərsə də geoloji amillərə diqqət yetirsələr həqiqəti görərlər. İrəvan şəhərinin salınmasını 1509-cu illə götürsək, bu il şəhərin 515 yaşı tamam olur. 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, indiki İrəvan şəhərinin yerində İrəvan qalası inşa edilib. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilib.
Erməni mənbələrinin də təsdiq etdiyi inkarolunmaz həqiqət…
Bu şəhər xanlıqlar dövründə müstəqil İrəvan xanlığının mərkəzinə çevrilib. Osmanlı-Səfəvi, Rusiya-Türkiyə, Rusiya-Qacarlar arasında olan müharibələrdə ən çox ziyan görmüş, təcavüzə məruz qalmış şəhər İrəvandır. XVIII əsrdən XIX əsrin əvvəlinə qədər Çar Rusiya tərəfindən bura 4 yürüş edilib. Bu yürüşlərin üçündə rus qoşunları məğlubiyyətə uğrayıb. Xanlıqlar içərisindən ən çox Rusiya işğalına müqavimət göstərən xanlıq İrəvan xanlığı olub. İrəvan xanlığının ərazisində tarix boyu Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri, kəndlər, şəhərlər salınmış, minlərlə abidələr, qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunub. Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbirləri, Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr var.
“Bu, Azərbaycan xalqının təhqir olunması demək idi”
I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradıldı. Çavçavadze isə həmin vilayətə rəis təyin edildi. Beləliklə, tarixi Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradılıb, gürcü isə ona rəis təyin edilmişdi. “Erməni vilayəti” adlandırılan qurum 1840-cı ildə ləğv edildi. 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası yaradıldı. Bu quberniya 1918-ci ilin mayın 29-a qədər qaldı.
“İrəvanın ermənilərə verilməsi Cümhuriyyətin səhvidir”
Bundan sonra isə böyük dövlətlərin və bəzi siyasi dairələrin təzyiqi ilə Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri olan İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib. Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürüb. Bütün bunlara baxmayaraq, bu görülməyən bir hadisədir.
Osmanlı sultanı IV Murad 1635-ci ildə İrəvan şəhərinə səfər edib. O şəhər haqqında belə yazıb:
“İran və Turan, Şirvan və Naxçıvan mülki Azərbaycanın gözünün nuru, abır-həyası İrəvandır”.
Bu sözlərdə böyük bir həqiqət var. İrəvan şəhəri namus simvolu idi. Bu şəhər güzəştə gedildi. 1924-cü ildən başlayaraq İrəvanın simasını dəyişdilər.
“Şəhərin adı dəyişdirildi”
Erkən xristian erməni salnaməçiləri şəhərin adının mənşəyini Nuhun gəmisi əfsanəsi ilə əlaqələndirirdilər. Gəmi Ağrı dağına endikdən və sel suları çəkildikdən sonra Nuh İrəvan istiqamətinə baxarkən "Yerevatlar!" (ermənicə "peyda oldu!") dediyi bildirilir, İrəvan adı ondan yaranıb. 1970-ci illərin ortalarına qədər şəhərin adı ingilis mənbələrində Yerevandan daha çox İrəvan kimi yazılırdı.
“İrəvanda Azərbaycan irsi bir əsrdir ki, sistemli şəkildə dağıdılır”
Ermənilər bütün Qərbi Azərbaycan toponimikasını dəyişdilər. Həmin ərazidə Azərbaycan adı ilə bağlı nə var idisə, hamısı bir-bir məhv edildi. Azərbaycan tarixində, mədəniyyətində müstəsna yeri olan qədim İrəvan şəhəri uzun illərdir ki, eyni aqibəti yaşayır. Beynəlxalq qanunlara əhəmiyyət verməyən, dünya cəmiyyətinin qınağından çəkinməyən ermənilər tərəfindən İrəvan şəhərində Azərbaycan irsi bir əsrdir ki, sistemli şəkildə dağıdılır. Artıq Azərbaycanın milli-mədəni, tarixi irsinin sonuncusu olan Təpəbaşı məhəlləsi də məhv edilməkdədir. Ermənistan hökuməti və əhalisi tərəfindən Azərbaycan xalqına qarşı edilən qeyri-insani hərəkət, soyqırımı eyni zamanda Ermənistanda olan abidələrimizə də yönəlib.
“Ermənilər ömür boyu saxta tarix yaratmaqla məşğul olublar”
Nəticə etibarilə Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və digər dini, o cümlədən tarixi abidələrimiz tamamilə məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi - Hacı İmamverdi məscidini və Göy məscidi Ermənistan fars məscidi adlandırır, guya azərbaycanlılarla heç bir bağlılığı olmadığını iddia edir. XVII əsrə aid olan Hacı İmamverdi məscidi isə tamamilə məhv olmaq üzrədir.
“Bütün bunlar bir xalqa qarşı törədilən ən ağır cinayətdir”
Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət edib. Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycana aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-cü ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini göstərmək olar. Belə ki, Ermənistan rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib. Ermənistan hökuməti bütün beynəlxalq normaları və qanunvericiliyi pozaraq bu aktı törədib. Görünən budur ki, ermənilər öz kooperativ maraqlarına xatir bütün saxtakarlıqlara getməyə, Azərbaycanla, azərbaycanlılarla bağlı o torpaqlarda nə varsa, məhv etməyə hazırdırlar.
Aysel Şahmar
-
Magazin105:45
Bu da Röya Ayxandan "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial21 Dekabr 20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ