Nida Təhlil
“Gürcü arzusu” reallaşacaq? – Tbilisidə “qələbə”dən “toqquşmaya” uzanan ssenari
Gürcüstanda parlament seçkilərinin üstün tərəfi hakim “Gürcü arzusu” görünür. Keçirilən rəy sorğuları bu məsələdə o qədər də etibarlı deyil, çünki hakimiyyət və müxalifətə yaxın təşkilatlar bir-birinin tam əksi olan “nəticələr” təqdim edirlər. “Gürcü arzusu”nun üstünlüyünü bir neçə apsektdə qiymətləndirmək olar.
- Şəhərlərdə bərabər mübarizə gözlənilsə də, regionlarda hakim partiya daha çox dəstəklənir;
- Ölkədə avrointeqrasiyanın tərəfdarları arasında gənclər çoxluq təşkil edir, lakin onların seçki günü kütləvi şəkildə səsvermə məntəqəsinə gələcəyi dəqiq deyil, əksinə yaşlı nəsil daha stabil mövqe sərgiləyə bilər;
- Hakim partiya bu seçkinin Gürcüstanın “müharibəyə qoşulub-qoşulmaması seçimi” olması istiqamətində güclü təbliğat apara bildi və bu, keçmiş təcrübə fonunda seçicilərin rəyinə təsir edə bilər;
Və bütün bunların fonunda bir məqam xüsusilə həlledicidir: bu seçkilər Gürcüstan üçün daxili problemlərdən daha çox, geosiyasi seçim xarakteri daşıyır və 2008-ci il müharibəsi, Ukraynada baş verənlər, eləcə də rəsmi Tbilisidən Rusiyaya qarşı “ikinci cəbhənin açılması tələbi” ətrafında aparılan təbliğat gürcü xalqının ölkəni mövcud təhlükələrdən qorumaq proqramı üzərindən çıxış edən hakim partiyanı dəstəkləməsini şərtləndirə bilər.
Seçkinin iğtişaşlara da yol açacağı əsas gözləntilər arasındadır və istisna deyil ki, nəticələr elan edildikdən sonra hökumət binalarının bloklanması ssenarisi təkrarlanacaq. Lakin “rəngli inqilab” ssenarisinin baş tutması ehtimalı azdır.
1. Hakim partiya artıq aylardır buna hazırlaşır və bütün ssenarilərə qarşı inzibati resurslardan istifadə edəcək;
2. Avrointeqrasiya tərəfdarları aksiyalar keçirsə belə, Qərbin Gürcüstanda “rəngli inqilab” ssenarisini tətbiq edəcək qədər təsir imkanına malik olmadığı görünür: “xarici agentlər haqqında” qanunun qəbulunda hakim partiyanın qələbəsi, inqilabı gerçəkləşdirəcək aksiyaların təsirsiz qalması bunun son nümunəsi hesab edilə bilər;
3. Aksiyalar 4 il öncəki ssenari üzrə də - 7 ay davam edən etirazların nəticəsi olması - baş verə bilər;
Hərçənd, seçkinin istənilən nəticəsi Cənubi Qafqazda siyasi tarazlıqlara təsir edəcək.
- “Gürcü arzusu” qalib gələrsə, bu, Gürcüstanda daxili mübarizə ilə yanaşı, regionda da mübarizəni kəskinləşdirəcək: Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişinin qısa müddətdə imzalanmasına, Tbilisidə itirdiklərini Bakı-İrəvan oxunda kompensasiya etməyə, bu xətti nəzarətə götürməyə çalışacaq;
- Müxalifət qalib gələrsə, Rusiya Ermənistanda qərbyönümlü siyasətə qarşı mövcud loyallığını kəskin dəyişə və Bakı-İrəvan xəttindəki proseslərin nəzarətə götürülməsi, yaxud Qərbin bu xəttdən uzaqlaşdırılması istiqamətində addımlarını intensivləşdirə bilər;
Regional mübarizənin seçkinin nəticələrinin elan edilməyə başlanıldığı saatdan etibarən açıq müstəviyə keçəcəyi gözləniləndir.
Asif Nərimanlı
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov






































