Nida Təhlil
Vaşinqton görüşü təxirə düşdü: Bakı Qarabağda hansı gedişi edə bilər?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda gözlənilən görüşü təxirə düşüb: rəsmi İrəvan iddia edir ki, görüşün təxirə salınmasını rəsmi Bakı istəyib; Dövlət Departamenti və rəsmi Bakı görüşün təxirə salındığını elan etsə də, İrəvanın iddiası ilə bağlı heç bir qeyd yoxdur;
Görüşün hansı səbəbdən təxirə salındığı konkret açıqlanmır, hərçənd, bir neçə məqam müəyyən ehtimalları irəli sürməyə imkan verir.
- Mayın əvvəlində keçirilən Vaşinqton görüşündə tərəflərin “Qarabağdakı erməni əhalisini hüquq və təhlükəsizliyinin təmin edilməsi” məsələsində fikir ayrılığı qeydə alındı: İrəvan “beynəlxalq mexanizm” və “Xankəndi-Bakı formatı” kimi qondarma təkliflərlə “hüquqi münaqişə”nin əsasını qoymaq istəyir, Bakı bundan qəti şəkildə imtina edir;
- Brüssel və Moskva görüşündən sonra, Kişinyov görüşündən əvvəl Əliyev separatçılar üçün “amnistiya” təklifini irəli sürdü və bu, Vaşinqton tərəfindən dəstəkləndi;
Bunu diplomatik masada Bakının Qarabağ məsələsi üzrə irəliləyişi kimi qəbul edə bilərik, lakin praktiki olaraq nəticələri yoxdur. Və bunun fonunda növbəti Vaşinqton görüşünün gündəliyinin də eyni olacağı bəllidir: İrəvan Qarabağ iddiasını “beynəlxalq mexanizm” üzərindən davam etdirəcək, Bakı imtina edəcək;
Mümkündür ki, Bakı “beynəlxalq mexanizm”, “Xankəndi-Bakı formatı” kimi məsələləri gündəlikdən çıxaracaq addımlar atmaq, daha sonra Vaşinqtonda müzakirələrə qatılmaq və ABŞ-ın dəstəkədiyi “amnistiya”nın yeganə seçim olduğunu daha güclü şəkildə irəli sürməklə bağlı gediş edə bilər.
Bu kontekstdə Qarabağdakı separatçıların hərbi müstəvidə təxribat addımlarının intensivləşdiyinə dair informasiyaların artması, mümkün praktiki addımlara zəminin yaranması diqqət çəkir.
Asif Nərimanlı

-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb