Nida Təhlil
Azərbaycanın ən yeni tarixinin başladığı gün: Ermənistan bütün gücünü toplayaraq...
“15 iyun 1993-cü ilə qədər Azərbaycanda çox dərin bir böhran var idi. 1988-ci ildə başlayaraq Azərbaycana rəhbərlik edən şəxslər ağrılı prosesin qarşısını ala bilmirdi. 1993-cü ilin iyununda Azərbaycanda hərbi hissələrin biri qiyam qaldırdı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Azərbaycanı bu haldan yalnız cəmiyyətdə böyük nüfuzu olan bir şəxs xilas edə bilərdi”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, Heydər Əliyevə yüksək vəzifələr təklif edilsə də, Naxçıvanda yaşamaq və işləməyi daha üstün tutmuşdu:
“Ancaq 1995-ci ildə artıq vəziyyət qardaş qırğınına gəlib çıxırdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi”.
A.Mirzəzadə bildirib ki, 1993-cü ilin noyabrında Füzuli rayonunun Horadiz qəsəbəsində Azərbaycan ordusu əks-hücuma başladı və 32 kənd işğaldan azad olundu:
“1994-cü ilin aprel ayında Ermənistan bütün gücünü toplayaraq cəbhə xətti boyu Azərbaycana qarşı hücuma keçdi. Məqsədləri Bərdə, Yevlax, Mingəçevir və Tərtəri işğal etmək idi.
Ancaq həmin dövrə qədər Heydər Əliyevin ordu quruculuğu, dövlət inkişafının möhkəmlənməsi, xarici siyasətdə maraqlarımıza uyğun addımların atılması Azərbaycanı bu fəlakətdən xilas etdi. Bundan sonra Azərbaycan parlamenti 15 iyunu Milli Qurtuluş Günü elan etdi. Azərbaycanın ən yeni tarixi həmin gündən başlayır”.
Deputat qeyd edib ki, Azərbaycan Qarabağ məsələsində özünün prinsipial mövqeyini dünya birliyinə çatdırmağa, müttəfiqlər qazanmağa və eyni zamanda torpaqlarımızı işğaldan azad etməyə ciddi hazırlığı görürdü. Biz bu gün artıq sərhədlərimizin bütövlüyünü təmin etmişik:
“Ulu Öndər Heydər Əliyevlə başlayan yol bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Arıq dövlətimiz möhkəmlənib, iqtisadiyyatımız çoxşaxəli formata bərabərdir. Bu gün Azərbaycan Dünya Birliyində çox nüfuzlu bir ölkədir. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır. Azərbaycanın bugünkü inkişafının başlanğıcı məhz 15 iyun 1993-cü ildə Heydər Əliyevin siyasətə qayıdışı ilə başladı”.
Aydan Beydullayeva
-
Sosial11:50
Həlak olan pilotumuzun adına bu ölkədə təqaüd veriləcək
-
Qoroskop11:20
2025-ci ildə bu bürclər pulu özünə maqnit kimi çəkəcək
-
Sosial10:20
On bir milyonda bir - Təyyarə qorxusu ilə necə mübarizə aparmalı?
-
Yaxın Şərq09:40
PKK İsrail vasitəsilə ABŞ-la danışıq aparır: Türkiyəyə qarşı plan
-
Dünya08:00
Daha bir təyyarə son anda xilas oldu - 73 nəfər ÖLÜMDƏN DÖNDÜ
-
Qoroskop07:30
İlan ilində başımıza nələr gələcək? - Astroloq açıqladı/VİDEO
-
Magazin105:15
“Onlar sənəti aşağı salırlar” - VİDEO
-
MDB02:42
Lukaşenko 30 ildir ki, bu ətirdən istifadə edir - Qiyməti isə...