Nida Təhlil
"Humanitar" qaçaqmalçı: Bakı BQXK-nın təxribatlarının qarşısını almaq üçün bunu etməlidir
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın Laçın-Xankəndi yolunun üzərində nəzarət-buraxılış məntəqəsi qurması bölgənin təhlükəsizliyinin təmin olunması və sülhün dayanıqlılığının artırılması istiqamətində əldə olunan mühüm irəliləyişdir. Belə ki, bildiyiniz kimi, artıq Qarabağ iqtisadi rayonuna silah-sursatın və diversantların daşınması dayandırılıb. Lakin təəssüf ki, uğurlarımızı həzm edə bilməyən bir çox beynəlxalq təşkilatlar hansısa yolla pozuculuq missiyalarını həyata keçirməyə çalışırlar. Elə Dövlət Sərhəd Xidmətinin yaydığı xəbər də ölkəmizə qarşı daha bir xoşagəlməz halla bağlıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməli utancvericidir. BQXK öz mandatına və beynəlxalq humanitar hüquq normalarına zidd olan bir fəaliyyətlə yaddaşlarda qalmağa daha çox üstünlük verir. Bu qurum humanitar məqsədlərə xidmət etməli, o istiqamətdə fəaliyyətini gücləndirməlidir.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Qeyd edək ki, iyulun 11-də Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin ötən müddət ərzində "Laçın" dövlət sərhədindən dəfələrlə nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması barədə ictimaiyyəti məlumatlandırıb. Məlumatda vurğulanıb ki, Komitəyə (BQXK) rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün heç bir zəruri addım atılmayıb.
Sözügedən məsələyə politoloq Yeganə Hacıyeva da münasibət bildirib:
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin son 30 ildə Azərbaycandakı fəaliyyətinə nəzər salsaq, görərik ki, onların missiyası əsasən ədalətsiz olub. Bu, əsirlərlə bağlı məsələlərdə özünü daha qabarıq şəkildə büruzə verib. Yəni DSX tərəfindən aşkarlanan fakt BQXK-nın ilk biabırçılığı deyil. Nüfuzlu bir beynəlxalq təşkilatın bu cür qəbuledilməz fəaliyyəti açıq-aşkar qanunsuzluq faktı olmaqla yanaşı, onun imicinə zərbədir".
"Məsələn, BQXK-nın Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki ofisləri “Qırmızı Xaç”ın Kiyev nümayəndəliyinə tabedir. Amma məlum olduğu kimi, Komitə Xankəndidə də fəaliyyət göstərir və buradakı ofis isə İrəvandan idarə olunur. Bu necə ola bilər?! Xankəndi Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir. Qurumun istər Xankəndidəki, istərsə də Bərdədəki ofisi Bakıya tabe olmalı, idarəçilik paytaxtdan həyata keçirilməlidir. Əgər sərhəddə bir daha o cür pozucu halların təkrarlanmasını istəmiriksə, Azərbaycanın BQXK-ya ilk müraciəti ölkəmizdəki fəaliyyətinin Bakıdan idarə edilməsilə bağlı olmalıdır", - politoloq əlavə edib.
Mehti Kamiloğlu
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI