Nida Təhlil
Bombalandı, qəzaya düşdü, qovuldu... - 45 ildə İran prezidentləri hansı taleyi yaşayıb?
İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması bu ölkənin siyasi liderlərinin taleyini gündəmə gətirdi.
Publika.az xəbər verir ki, İran İslam Respublikasının 45 illik dövründə dini lider olmuş Əli Xameneidən başqa bütün dövlət başçıları ya ölüb, ya istefaya məcbur edilib, ya da siyasətdən uzaqlaşdırılıb.
Mehdi Bazarqan: istefa verdi
İnqilabdan sonra ilk hökumətin başçısı Tehranda ABŞ səfirliyinin ələ keçirilməsindən sonra istefa verdi. İstefadan sonra Mehdi Bazarqan dini liderdən şikayətlənib və qeyd edib ki, səfərlər üçün belə liderdən icazə alan baş nazir “müqəvvadır”.
Əbdülhəsən Bəni Sədr: ölkədən qaçdı
İslam Respublikasının ilk dini lideri Ayətullah Xomeyninin dəstəklədiyi Əbdülhəsən Bəni Sədr 75 faiz səslə prezident seçilib. Onun müharibəyə yanaşması (İran-İraq müharibəsi) və İslam Respublikası Partiyasının sədri Məhəmməd Əli Rəcaiyə qarşı çıxması fikir ayrılıqlarını gücləndirib. Xomeyni Sədrə, konstitusiyadan kənar olsa da, orduya komandanlıq etməyə imkan verəcək qədər etibar edib. Lakin İslam Respublikası partiyası ilə aralarındakı nifaq Sədrin vəzifədən uzaqlaşdırılması ilə nəticələnib. Sədr İranın ilk prezidenti kimi “siyasi qeyri-adekvatlıq” əsası ilə postundan qovuldu. Parlamentdə impiçment zamanı hazırkı dini lider Xamenei də daxil olmaqla əleyhdarlarının sərt tənqidləri ilə üzləşdi. Vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Bəni Sədr “dövlətə xəyanət və rejimə qarşı sui-qəsd” ittihamı ilə həbs olunmaq təhlükəsi ilə üzləşdi. Buna görə Fransaya qaçdı və ömrünün sonuna qədər orada yaşadı.
Məhəmməd Əli Rəcai: bombalandı
Bəni Sədrdən sonra Məhəmməd Əli Rəcai prezident postuna gəlsə də, siyasi ömrü cəmi bir neçə həftə çəkdi. O, baş nazirlik dəftərxanasının partladılması nəticəsində həlak oldu. Partlayışa görə Xalq Mücahidləri Təşkilatı ittiham edildi.
Rəcaidən sonra Əli Xamenei prezient oldu. Lakin o da bu postda sona qədər qala bilmədi. Xomeyninin ölümündən sonra Xamenei dini lider seçildi. Xamenei İran inqilabından sonra gərgin siyasi rəqabətdə özünü qoruyan və lider olaraq qalan yeganə hökumət başçısı kimi qiymətləndirilir.
Mirhüseyn Musəvi: həbs olundu
Xamenei baş nazir postuna Əli Əkbər Vilayətinin namizədliyini dəstəkləsə də, parlament gənc Vilayətiyə etimad göstərmədi. Dini lider məcbur qalaraq Musəvini parlamentə təqdim etməli oldu, lakin aralarında münasibətlər gərgin idi. Daha sonra Xameneinin rəhbərliyi ilə konstitusiya dəyişikliyi edilərək, baş nazir postu ləğv olundu. Bundan sonra Musəvi 20 il siyasətdən uzaq qaldı. Nəhayət, 2008-ci ildə yenidən Xamenei ilə üz-üzə gəldi. 2009-cu ildə Yaşıllar Hərəkatının etirazları Musəvinin həbsinə səbəb oldu.
Əkbər Haşimi Rəfsəncani: Hovuzda ölüm
Rəfsəncaninin ilk prezidentlik dövrü gərgin keçdi. "Ənsar", "Hizbullah" kimi qruplar onun mədəniyyət siyasətinə qaşı çıxdılar. İkinci prezidentlik dövründə isə Xamenei açıq şəkildə onun “aristokratiya və azad bazar siyasətinə” qarşı oldu. Rəfsəncani Xomeynidən sonra rejmin ən güclü şəxsi hesab edilirdi. 2004-cü ildə Mahmud Əhmədinejada məğlub oldu, lakin siyasətdən gedişi 2008-ci il hesab olunur. Həmin il Rəfsəncani Tehranda cümə namazında çıxışı zamanı Əhmədinejadın seçildiyi seçkinin nəticələrini şübhə altına aldı. Növbəti prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürsə də, ixtisasının təsdiqlənməməsi kimi texniki problemlə üzləşdi. İki il sonra Ekspertlər Məclisinə seçkilərdə Tehrandan ən yüksək səsi topladı. Üç il sonra – 2015-ci ildə isə hovuzda çimərkən dünyasını dəyişdi. Ailə üzvləri onun ölümünü “şübhəli” adlandırır.
Məhəmməd Hatəmi: fotosu və çıxışı qadağan edildi
Onun prezidentliyinin ilk dövrü gərgin keçdi. 2008-ci il seçkilərinin nəticələrinə qarşı ölkədə etiraz aksiyalarının keçirilməsi Hatəmiyə ciddi problem yaratdı. Onun fotosunun mediada dərcinə və ölkədən çıxışına qadağa qoyuldu. Daha sonra siyasətdən uzaqlaşdırıldı.
Mahmud Əhmədinejad: dini lideri öpdü və işə gəlmədi
2004-cü ildə prezident seçilən Əhmədinejad dini lider Xameneiyə yaxın şəxs hesab olunurdu. Lakin bu yaxınlığın ömrü uzun çəkmədi. Buna səbəb Əhmədinejadın dini liderin əlini yox, çiynini öpməsi hadisəsi idi. Bu hadisədən bir neçə gün sonra o, birinci müavin kimi Esfəndiyar Rəhim Məşainin namizədliyini verdi, lakin dini lider bu seçimi məqsədəuyğun hesab etmədi. Əhmədinejadın ofisi dini liderin bununla bağlı məktubunu ictimailəşdirdi. Daha sonra informasiya naziri Heydər Moslehinin də vəzifədən azad edilməsində böhran yaşandı. Dini lider buna qarşı çıxdı, prezident Əhmədinejad isə etiraz olaraq 11 gün işə çıxmadı. 2016-cı ildə o, seçkilərdə iştirak etmək istəsə də, imkan verilmədi və siyasətdən diskvalifikasiya edildi.
Həsən Ruhani: diskvalifikasiya
2013-cü ildə Həsən Ruhaninin prezident seçilməsi “nüvə referendumu” kimi qəbul edildi. Lakin ABŞ prezidenti Donald Trampın nüvə sazişinə qarşı çıxmasından sonra Ruhani ilə dini lider arasında fikir ayrılığı yarandı. Xamenei Ruhanini ABŞ-la danışıq aparmağa və yeni nüvə sazişi hazırlamağa çalışdığı üçün dəfələrlə tənqid edib. İkinci prezidentlik dövrü başa çatandan sonra faktiki olaraq, siyasətdə uzaqlaşdırıldı.
İbrahim Rəisi: İranın həlak olan ikinci prezidenti
Rəisi Məhəmməd Əli Rəcaidən sonra ölümünə görə səlahiyyət müddətini başa çatdırmayan İranın ikinci prezidentidir. Rəisinin prezident seçilməsi “asan” başa gəlib. Onun dini liderlə ciddi fikir ayrılığı olmayıb. Lakin hökuməti mühafizəkarlar tərəfindən daim tənqid olunurdu. Helikopter qəzasında həlak oldu.
Asif Nərimanlı
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar